Xanımlarımızın sevgi etirafı

Xanımlarımızın sevgi etirafıMəhəbbətdə ilk və son söz ta əzəldən kişilərə məxsusdur. Bəs yazıq qadınlar necə desin ki, «Mən səni sevirəm». Utancaq xanımlarımız üçün şən, maraqlı, qeyri-adi və ən əsası sözsüz sevgi etirafları….

1. Nahar edərkən, masanın üzərində ürək formasında şam yandırın. Fantaziyanızı işə salıb, şamı kiçik boşqaba qoyun, qırmızı dodaq boyası ilə sevgilinizin adını boşqaba yazın, ya da şamın üzərində adını cızın.

2. İşə gedərkən onun cibinə qırmızı ürək formasında kəsilmiş kağızda gözəl sözlər yazın. Məsələn: «Əzizim, tez gəl», «Mənsiz darıxma» və s.

3. Çarpayıda onun balışının altında kiçik konfet gizlədin və axşam ona «sehrli oyun» göstərin.

4. İşdən evə qayıdanda onu qapı ağzında qarşılayın.

5. Gözəllik salonunda bədəninizin gizli hissəsinə onun adını xına və ya gec pozulan qələmlə yazdırın. Axşamsa sürprizi qəfil açmayın. İmkan verin öz adını özü tapsın. love woouuww!!

6. Axşama döyüş filmi kaseti kirayə götürüb, nahardan sonra birlikdə baxın. Bu zaman masaya likör, şirniyyat, ləbləbi qoymağı unutmayın.

7. Mətbəx masası üzərində və yaxud böyük boşqabda meyvələrdən bu sözləri düzün: «Mən səni sevirəm» və sevgilinizdən xahiş edin ki, həmin boşqabı mətbəxdən gətirsin.

8. Dırnağınızla onun üzünü bir balaca cızın. Bunu elə edin ki, guya bilməyərəkdən oldu. Sonra ona kömək üçün barmağınızı yaşlayıb, həmin yeri sığallayın və ya öpün.

9. Yatanda bilə-bilə örtüyü onun üzərindən öz tərəfinizə çəkin. Sonra da qayğıkeşliklə onun üstünü örtün.

10. Yataq örtüyünün və ya balışların üzərinə sapla bu sözləri tikdirin: «Məni qucaqla». Hazırda belə yazılı mesajları olan yataq dəstləri satılır.

11. O, vanna qəbul edərkən, bütün dəsmal və xalatları gizlədin. O bir şey tapmayıb, sizi çağırmağa məcbur olanda isə… Daha gerisini özünüz düzüb, qoşun.

12. Dondurma və ya şirniyyat yeyərkən, onun dişlədiyindən siz də yeyin. Dodaqlarında qalmış dondurma və ya şokolad qalığını isə bircə öpüşlə yox edə bilərsiz.

Ailə və Uşaq     Baxılıb: 3951   Tarix: 05 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

turlar.az

gelinlikler toy gecesi geymler 2026 tanışlıq saytı yuxa tortu dodaq usaq masajlari kosmetika kurtlar vadisi azərbaycan olumu vətən haqqında atalar sözləri hakistalar