Xatirə: "Onu qaldırıb, məni niyə yerə vurursan?!"
"Vasif, sən mənim 21 illik dostumsan. Mənim ailəmə dəyər verdiyin üçün çox sağ ol. Vasif istəyir hər kəsə desin ki, Fəxrəddin (həyat yoldaşı Fəxrəddin Musazadə- red.) yaxşı insandır. Düzdür, pis xarakterlərin də var. Sən aydan arı, sudan duru insan deyilsən, amma yaxşılar çoxdur".
Open.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "İnstaqram" səhifəsində video paylaşaraq deyib.
O, Əməkdar artist Vasif Məhərrəmlinin müsahibəsində həyat yoldaşı haqqında söylədiyi fikirlərə münasibət bildirib: "Saytlar "Fəxrəddin daha yaxşısına layiqdir" başlığı ilə xəbər yazıb. Bir anlıq oxuyanda adamın pisinə gəlir. Vasif, başa düşmədim, mənə nə olub? Bilirəm ki, Vasif pis məqsədlə deməyib. Hələ mənlə danışanda deyir ki, səhv demişəm? Fəxrəddin yaxşı oğlandı. Vasif, mən də pis qız deyiləm. Xahiş edirəm ki, haqqımda gözəl danışasan. Bizim ikimizi eyni dərəcədə yuxarı qaldır da... Onu qaldırıb, məni niyə yerə vurursan?! Telefonla danışanda Vasif ölüb gülməkdən...
Hamıya deyirəm ki, mənə hörmət etmək istəyən, həyat yoldaşıma hörmət etsin. Və yaxud, hansısa söz deyəndə, açıq geyinəndə sözünüzü mənə deyin, yoldaşıma yox!
Elə insanlar var ki, mən açıq-saçıq geyinəndə həyat yoldaşıma ağır sözlər yazırlar. Bir az qalmaqallı söz deyəndə "bunun əri hara baxır?" deyirlər. Belə şeylər olur".
Qeyd edək ki, V. Məhərrəmli "lent.az"a danışarkən "Fəxrəddinin savadına, dünyagörüşünə heyranam. Bir neçə dil bilir. Buna qibtə edirəm. Yeri gələndə Xatirəni ona yaraşdırmıram. Düzünü bilmək istəyirsinizsə, Fəxrəddin daha yaxşısına layiqdir. Xatirə inciməsin" deyə bildirmişdi.









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür