Xaya və xaya artımının kistası

Xaya və xaya artımının kistasıBu xəstəlik zamanı xaya və xaya artımında içərisi maye ilə dolu qovuq əmələ gəlir. Xaya və xaya artımı kistası xəstəliyi kişilər arasında kifayət qədər yayılmış xəstəliklərdəndir.
Xəstəlik həm anadangəlmə, həm də qazanılma (kişi cinsiyyət orqanları sahəsinin müxtəlif travmaları və iltihablı xəstəliklərindən sonra) ola bilər.
Əksər hallarda xaya və xaya artımı kistaları özlərini heç bir əlamətlə büruzə vermirlər və təsadüfi olaraq, məsələn, profilaktik tibbi müayinə və ya hər hansı digər xəstəliklərə görə müayinə olunarkən aşkar olunurlar. Kistalar tədricən inkişaf edərək, heç bir pozğunluq yaratmadan, kişinin cinsi aktivliyinə və reproduktiv (dölyaratma) funksiyalarına heç bir təsir etmədən inkişaf edir.
Bir qayda olaraq xaya və xaya artımı kistaları heç bir müalicə tələb etmir. Yalnız nadir hallarda, bu kistaların xərçəng xəstəliyinə keçməsi ehtimalı olduqda, onların ölçülərinin böyük olması səbəbindən ağrı hissiyyatı və həmçinin spermatozoidlərin xaric olunmasına maneçilik törətməsi hallarında müvafiq mütəxəssis tərəfindən kistaların xaric olunması üçün cərrahi əməliyyat aparılır.
Kişilər yadda saxlamalıdırlar ki, xayalıqda hər hansı bir şişkinlik müşahidə etmiş olsalar, tez bir zamanda müayinə üçün Həkimə müraciət etməlidirlər. Çünki, bu şiş zərərsiz bir kista olmaqla yanaşı, xayanın xərçəng xəstəliyi də ola biər.
Digər bədxassəli şişlər kimi, xayanın xərçəng xəstəliyi də nə qədər tez aşkar edilmiş olarsa, onun müalicəsi də bir o qədər asan və effektli ola bilər. Həkim baxışından sonra xəstəyə xayalığın USM-i və bir neçə laborator müayinələr təyin olunur. Müayinələr nəticəsində xəstədə xayanın xərçənginə şübhə yaranmış olarsa, şiş toxumasının biopsiya müayinəsi keçirilir. Biopsiya materialının müayinəsi nəticəsində isə onların adi və ya xərçənğ hüceyrələri olması müəyyən edilir.

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 4461   Tarix: 02 dekabr 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

turlar.az

hamiləlik hamilelikde qidalanma makiyaj etmek qaydalari morugun faydalari ud hindi faydalari seks hekayələri toy gecəsi kosmetika haqisda öpüşme atalar sozu qızlıq pərdəsi əfsanələr