XƏBƏRDARLIQ: Marketdən evinizə gətirdiyiniz "ölüm yağı" - XƏRÇƏNG YARADIR

XƏBƏRDARLIQ: Marketdən evinizə gətirdiyiniz "ölüm yağı" - XƏRÇƏNG YARADIRYağlardan istifadə zamanı nəyə diqqət etmək lazımdır?
Milli.Az bildirir ki, qida rasionunda yağların düzgün və yaxşı mənimsənilməsi üçün ümumi yağın 70%-i heyvan, 30%-i isə bitki yağı olmalıdır.  Yağların isti emal zamanı qidalıq dəyərlərinin dəyişilməsi temperaturdan və isti emalın davametmə müddətindən asılıdır. Bunlar artıq olduqda, bioloji aktiv maddələrin artmasına səbəb olur.
200°C-dən yuxarı temperaturada qızdırdıqda və dəfələrlə istifadə edildikdə, yağlar kanserogen olur və bəd şişlər əmələgətirmə qabiliyyətinə malik olur. 20-30 q bitki yağı, insan orqanizminin doymamış yağ turşusuna olan gündəlik tələbatını ödəyir. Onların çatışmaması orqanizmin inkişafını zəiflədir və sağlamlığa mənfı təsir göstərir. Onların qida rasionunda gündəlik norması sutkada tələb olunan kaloriliyin 1%-ni, yaxud 7-8 qram təşkil edir. 
Hansı yağı seçmək lazımdır?
Bu gün bazarlarda "bitki yağı" adı altında tərkibində palma yağı və palma qozu yağı olan ərzaq məhsulları kifayət qədərdir. Bir çox Avropa ölkələrində qadağan olunmasına baxmayaraq, ucuz olması səbəbindən dünyanın bir çox ölkəsində həmin yağ qida məhsulları və kosmetika sənayesində də tətbiq edilir. Palma yağı otaq temperaturunda bərkiyir və digər yağlarla yaxşı qarışır. O, günəbaxan yağı kimi yüksək temperaturda xarab olmur. 
Digər bitki yağları ilə müqayisədə palma yağının tərkibində doymuş yağların miqdarı xeyli yüksəkdir - tərkibində doymuş yağların faizi nə qədər yüksək olarsa, bitki yağı o qədər daha az zərərli sayılır.
İstehlakçıları palma yağının zərərsizliyinə və ya hətta xeyirli olduğuna inandırmağa çalışsalar da, aparılmış araşdırmalar nəticəsində dünyanın 23 ölkəsində palma yağı istehlakının artması ilə işemik ürək xəstəliklərinin artması arasında əlaqənin olduğunu müəyyən ediblər. Həkimlər eləcə də şübhə etmirlər ki, palma yağı ateroskleroz əmələ gətirən qandakı "pis xolesterini" artırır.
Palma yağından istifadə piylənmə və qlobal miqyasda xroniki xəstəliklərin inkişafına gətirib çıxarır, eyni zamanda ekologiyaya da ciddi ziyan vuraraq  tropik meşələrin  məhvinə səbəb olur.
Beynəlxalq təşkilatlar zərərli yağlara qarşı hansı tədbirlər görüblər?
Hələ 2003-ci ildə ÜST və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) palma yağının sağlamlığa mümkün zərərlərinə diqqət çəkib. Lakin o zamandan bəri palma yağının dünyada istehsalı və istehlakı ikiqat artıb, 1995-ci ildən 2017-ci ilədək müddətdə isə palma yağı istehsalı dörd dəfə artıb. Bu cür artımın səbəblərindən biri məhsullarını bazarlara çıxarmaq üçün güclü lobbi yaratmış hazır yemək və yarımfabrikat istehsalçılarında görürlər. Məhz həmin istehsalçılar tərəfindən istehlakçıları aldatmaq məqsədilə palma yağının orqanizmə faydaları haqqında bir çox saxta məlumatlarla dolu məqalələr də dərc olunub. Hətta bu mövzulu doqquz məqalədən dördünün Malayziya Kənd Təsərrüfatı Nazirliyinin sənayenin inkişafına cavabdeh olan şöbəsinin əməkdaşları tərəfindən hazırlanması belə aşkar edilib.
İnqrediyentlər siyahısında, palma yağı 200-dək alternativ ad altında göstərilə bilər. Sadəcə "bitki yağı kimi" yazılması ən böyük hiylələrdən biri hesab oluna bilər. Odur ki, yağ seçərkən diqqətli olun. (MediaBaku)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1125   Tarix: 14 may 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

makiyaj etmek qaydalari geyim necə seçməli kosmetika mehsullari yumurta ile uz maskalari xınayaxdı sözləri xinayaxdi hakista 2026 yaz yay kolleksiyasi kosmetika aydin sani burclerin uygunlugu tərəzi bürcü gözəllik oxu az