Xərçəng müalicəsi zamanı necə qidalanmalı?

Xərçəng müalicəsi zamanı necə qidalanmalı?Xərçəng xəstəliyi zamanı qəbul edilən dərmanların təsiri ilə əlaqədar olaraq xəstələrdə halsızlıq və yorğunluq olur. Belə zamanlarda doğru qidalanma və bəzi qidaların qəbuluna üstünlük vermək dərmanların yanaşı təsirlərini aradan qaldıra bilir.
Mütəxəssisilər sağlam qidalanmanın orqanizmin müqavimət qüvvəsini artırdığını söyləyirlər. Xərçəng xəstəliyinin müalicəsi zamanı düzgün və sağlam qidalanma xəstəliyin müalicəsinə yardım edir. Bunun üçün lazım olan qidalarla və normal ölçüdə qidalanmaq lazımdır.
Xərçəng xəstəliyindən müalicə alan xəstələrin qidalanması hər xəstənin ümumi halına və xəstəliyin gedişatına uyğun olaraq aparılır. Bu zaman qida rasionu həkimlə dietoloqun birlikdə qərarına əsaslanaraq təyin edilir.
Müalicə zamanı xəstənin nə ilə qidalanması diqqət mərkəzində saxlanılır və nəzarət edilir.
Kimya terapiyası zamanı xəstələrin ağzına pis dad və ürəkbulanma olur. Bunun aradan qalxması üçün xəstələrə yeməkdən əvvəl ağızlarını duz və soda qatılmış su ilə yaxalamaq məsləhət görülür.
Xərçəng müalicəsi götürən xəstələrə ağızlarındakı pis dadı aradan qaldırmaq üçün şəkərsiz, nanəli saqqız çeynəmək məsləhət görülür.
Kimya terapiyası alan xəstələrdə qusma müşahidə edilir. Çox miqdar qusma orqanizmin elektrolit mübadiləsinin pozulmasına səbəb olur. Bunun baş verməməsi üçün xəstələrə bol miqdarda maye qəbul etmək məsləhət görülür.
Mütəxəssislər ürəkbulanmadan şikayət edən xərçəng xəstələrinə həddindən artıq şirin, ədviyyatlı və yağlı qidalardan istifadə etməyi məsləhət bilmir. Çünki bu qidalar ürəkbulanmanı daha da artırır. Bunun baş verməməsi üçün xəstələrə gün boyu meyvə yemək və ya meyvə suları içmək məsləhət görülür.
Dietoloqlar, kimya terapiyası alan xəstələrin yemək menyusunu  rəngarəng, yağlı ətdən uzaq və şəkərsiz olmasını tövsiyə edir.
Xərçəng xəstələri qidalanma zamanı aşağıdakılara diqqət yetirməlidirlər:
* Sağlam və təbii qidalardan istifadə edilməlidir.
* Yağ azaldılmalı, yağsız ətdən istifadə edilməli, yeməkləri az yağda bişirilməlidir.
* Hazır qidalardan uzaq durulmalıdır.
* Hisə verilmiş qidalardan istifadə edilməməmlidir.
* Boyat qidalar qəbul etməməlidir.
* Sarımsaq və soğandan bol istifadə edilməlidir.
* Bol meyvə və tərəvəz qəbul edilməlidir.
* Həftədə 1-2 qədəhdən artıq spirtli içki qəbul edilməməlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1298   Tarix: 10 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Bu yeməyi ikinci dəfə qızdırmaq olmaz

Göbələk yeməyini ikinci dəfə isidib yemək olmaz.  xəbər verir ki, göbələk isidildikdə zülal quruluşu pozulur: İlk bişirmədə sabitləşən zülal bağları ikinci dəfə qızdırıldıqda parçalanır. Bu dəyişiklik həzm sistemində "ya

.

Hər gün darçınlı su içsəniz

Hər gün nizamlı su istehlak etmək ümumi sağlamlığımızı qorumaqla yanaşı, orqanlarımızın və dərimizin sağlamlığı üçün də böyük əhəmiyyət kəsb edir.  xəbər verir ki, suyu sadə formada içməkdənsə, ona bəzi ədviyyatlar qatın

.

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

Geniş istifadə olunan ağrıkəsici qruplarının tibbi nəzarətdən kənar və yüksək dozada qəbulu kəskin mədə qanaxması, qaraciyər toksikliyi və xroniki böyük çatışmazlığı kimi həyati fəsadlara yol açır.  xəbər verir ki, ağrıkəsic

.

Mətbəxdə istifadə edilən 3 yağ xərçəngə səbəb olurmuş

Mətbəxdə geniş istifadə olunan günəbaxan, qarğıdalı və soya yağlarının tərkibindəki linoleik turşunun, müəyyən şərtlər daxilində xərçəng hüceyrələrinin böyüməsini stimullaşdıra bildiyi yeni laboratoriya araşdırmaları il

.

Bir porsiya belə təhlükəlidir - Xəbərdarlıq

Çipslər, şəkərli içkilər və hazır yeməklər də daxil olmaqla ultra emal olunmuş qidaların tez-tez istehlakı infarkt, insult və ürək-damar xəstəliklərindən ölüm riskini əhəmiyyətli dərəcədə artırır. Bu qidaların daha çox istehlak

.

Yanından keçirik, amma şəfasınl bilmirik

Kənd yollarında, boş ərazilərdə çox vaxt fikir vermədən yanından keçib getdiyimiz yabanı bitki əslində təbiətin ən güclü şəfa qaynaqlarından biridir. .  xəbər verir ki, xalq arasında "turşəng" və ya "quzuqulağı"

.

"Yaxın 10-15 ildə alimlər insan ömrünü azı 10 il uzada biləcəklər"

"Yaxın 10-15 il ərzində alimlər insan ömrünü ən azı 10 il uzada biləcəklər". -a istinadən xəbər verir ki, bunu genetik mühəndislik üzrə rusiyalı mütəxəssis Pavel Volçkov deyib. Onun sözlərinə görə, buna erkən diaqnostik

.

Kərə yağı xərçəngdən ölüm riskini ARTIRIR

Kərə yağının yüksək miqdarda istehlakı xərçəng və digər ağır xəstəliklərdən ölüm riskini artırır. -a istinadən xəbər verir ki, bu barədə "The Mirror" nəşri Böyük Britaniyada aparılan araşdırmaların nəticəsinə istinadə

.

Səhər və axşam fərq etmədən zəhər istehlak edirik

Fransa Milli Qida Təhlükəsizliyi Agentliyinin (Anses) apardığı son araşdırmalar qidalarımızdakı qorxulu mənzərəni ortaya qoyub. Təhlil edilən 700 birləşmədən 250-dən çoxunun sağlamlıq üçün ciddi risk daşıdığı məlum olub

turlar.az

geyim necə seçməli geyim seçimi yaz geyimleri 2026 dadlı yemək kətələr vətən bayatıları qadın sinəsi kosmetika burclerin uygunlugu faydalı məsləhətlər qoğalın nağlı qardasa aid haxistalar yumurta