Xərçəng riskini 5 qat artırır - Çay içərkən istiliyinə DİQQƏT
Mütəmadi olaraq qaynar, 65 dərəcədən çox istilikdə içilən çay qida borusu xərçəngi riskini artırır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, araşdırmalara görə, siqaret, isti çay və alkoqol istifadəsi varsa bu risk 5 qat daha da artır. Gündə 3-4 fincandan çox olmamaq şərti ilə, ilıq çay içilməlidir. Amerika və Çində aparılan araşdırmalara görə, 65 dərəcədən yüksək istilikdə içilən çay qida borusu xərçəngi riskini artırır. Dünyada bəzi nəticələrə görə 6, bəzilərinə görə isə 8-ci sırada olan ölüm səbəbidir.
Çin, Qazaxıstan, Tacikistan, Özbəkistanda çox insan çay və isti içkilər içdiyindən qida borusu xərçəngi problemi ilə çox qarşılaşırlar. Onunla bərabər siqaret və alkoqol istifadəsi varsa bu risk daha da artır.
Çay içməzdən əvvəl 3-4 qdəqiqə gözlətmək lazımdır. Qaynar çay içdikdə qida borusunda yaralar əmələ gəlir. Əgər bu xroniki hal alarsa xərçəng yarada bilər.
Qeyd edək ki, qida borusu xərçənginin ən önəmli əlaməti udqunmada çətinlikdir. Belə olan halda mütləq həkimə getmək lazımdır.
Milli.Az /news.milli.az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Hande Erçel sərbəst buraxıldı
Məşhur müğənni xəstəxanaya yerləşdirildi - Təcili əməliyyat olundu
Cansever əməliyyat olundu
Nanə əməliyyat olundu
Bu vərdişləriniz varsa, arıqlaya bilməyəcəksiz
Mədə xərçəngi xəstələrinin 5 ortaq xüsusiyyəti aşkarlandı
Göz sağlamlığı üçün vitaminlər həqiqətən faydalıdırmı?
Türkandan iddialı plan: Dilarə ilə dünya səviyyəli duet
Yanından keçirik, amma şəfasınl bilmirik
Aralıqlı orucla bağlı mif dağıdıldı
Allergiya mövsümü başladı: Gözlərinizin qorunma yolları