Xərçəng xəstələri koronavirusdan necə qorunmalıdır?

Xərçəng xəstələri koronavirusdan necə qorunmalıdır?Dünyanı koronavirus infeksiyasının bürüdüyü, pandemiya elan olunduğu indiki günlərdə xərçəng xəstələrinin narahatlığı bir az da artıb. Çünki virus digər ağır xəstəlikləri olan, immuniteti zəif insanlara daha pis təsir göstərir. Bəs karantin rejimi ilə əlaqədar evdən çıxmaq imkanları məhdudlaşan xərçəng xəstələri nə etməlidir, immuniteti necə gücləndirməlidir?
Buna necə nail olmağın yolları haqqında ATU-nun Onkoloji Klinikasının onkoloqu, t.ü.f.d. Günay Əhmədova danışır.
Milli.Az Trend-ə istinadən müsahibəni təqdim edir:
- Həkim, onkoloji xəstələr orqanizmi koronavirusdan qorumaq, immuniteti yaxşılaşdırmaq üçün nə etmək, hansı dərmanları qəbul etməlidir?
- Mənə də yaxınlarım, pasiyentlərim tez-tez bu sualı ünvanlayırlar. Hər kəsə bildirirəm ki, mütəxəssislər COVID-19-un xəstə və immun sistemi zəif olan insanlarda daha ağır nəticələr verə biləcəyi barədə həmfikirdirlər. Ona görə də, koronavirusa qarşı mübarizə çərçivəsində hər gün televiziya ekranlarında, KİV-lərdə sadalanan qorunma amillərini diqqətdə saxlamaqla yanaşı hamının, xüsusilə də onkoloji xəstələrin düzgün qidalanması və immun sistemini gücləndirməsi olduqca vacibdir.
Gəlin aydınlaşdıraq: immunitet nədir? İmmunitet - hər bir canlıda xəstəliklərə qarşı qorunma mexanizmi yaradan, patogenləri və şiş hüceyrələrini tanıyıb onları yox edən, orqanizmi xarici və zərərli maddələrdən qoruyan mexanizmlərin toplamıdır. İmmun sisteminin belə bir qabiliyyəti var ki, o, geniş spektrdə viruslardan parazitlərədək orqanizmə daxil olan, yaxud orqanizmlə təmasda olan bütün yad maddələrə qarşı seçim apara bilir, həmçinin həmin yad maddələri orqanizmin sağlam hüceyrə və toxumalarından ayırd edə bilir. İnsanda immun çatışmazlığı bir sıra xəstəliklərin meydana gəlməsilə, həyati təhlükəli infeksiyalar ilə nəticələnə bilər. Ona görə də, orqanizmi istənilən xəstəlikdən, o cümlədən koronavirus infeksiyasından qorumaq üçün immuniteti möhkəmləndirmək vacibdir.
Ona görə də qeyd edim ki, immuniteti gücləndirmək üçün sehrli bir dərman yoxdur. İmmuniteti gücləndirməyin ən təhlükəsiz və düzgün yolu təbii qidalar və gündəlik qida rasionunun tənzimlənməsidir. Bizim immun sistemimiz insanın qidalanmasından, orqanizmə hansı qidaların daxil olmasından çox asılıdır. Ona görə də, hər birimiz immunostimulyatorlar qəbul etmədən, məhz düzgün qidalanma vasitəsilə immun sistemini gücləndirə bilərik.
- Elədirsə, onda onkoloji xəstələr immunitet gücləndirmək üçün ən önəmli hansı tədbirlər görülməlidir, hansı qidalar qəbul edilməlidir?
- Əgər immunitetinizi güclü saxlamaq istəyirsinizsə, siqaret çəkməyin, alkoqol qəbul etməyin; çox aşağı kalorili pəhrizlər (dietalar) saxlamayın. Mexaniki işlənmiş qidalar qəbul etməyin, hər şeyin təbii olanını qəbul edin. Mövsümə uyğun meyvə və tərəvəz, hər gün bir ovuc quru meyvə (badam, qoz, fındıq) yeyin. Hər gün bir stəkan kefir, yaxud bir kasa (150 ml) qatıq için, bir yumurta yeyin. Qırmızı ətdən az istifadə edin. İmmuniteti gücləndirən vitaminləri təbii qaynaqlardan almağa çalışın. Xüsusilə tərkibində A, B, C, E, D vitaminləri olan, çeşidli mineral tərkibli qidalar qəbul etməyə çalışın.
Bundan əlavə, çoxlu su için. Yarısından çoxu su olan insan orqanizminin daha yaxşı fəaliyyət göstərməsi və immuniteti gücləndirməsi üçün gündə azı 1,5-2 litr su içməyiniz məsləhətdir.
- Bəziləri immuniteti gücləndirmək üçün vitaminlər qəbul edirlər. Bu nə dərəcədə düzgündür?
- İmmunitet üçün vacib əhəmiyyət daşıyan amillərdən biri D vitaminidir. İnsan orqanizmi virus və bakteriyaları öldürən antimikrob proteinlər sintez etmək üçün D vitamininə ehtiyac duyur. Orqanizmdə kifayət qədər D vitamini olmadıqda bədən viruslar və bakteriyalarla mübarizədə zəifləyir. Bu vitamin balıqda (xüsusilə somon balığı), yumurtada, süd məhsullarında boldur. Ən yaxşı D vitamini qaynağı isə günəşdir. Yəni, bu qidalar və günəşlə də D vitamininə olan ehtiyacı ödəmək olar.
Unutmayın ki, immuniteti güclü saxlamağın ən vacib yollarından biri düzgün yuxu rejimidir. Hər gün 6-8 saat qaranlıq otaqda, dərin yuxu rejimi immuniteti möhkəmləndirir. Araşdırmalar göstərib ki, gündəlik 7 saat yatanlara nisbətən 6 saat yatan insanlarda soyuqda xəstələnmə ehtimalı 4,2 dəfə daha yüksəkdir. 5 saat yatanlarda bu risk daha çoxdur. Yuxunuz pozulmasın deyə günün sonunda, yəni axşamlar kofeinli qidalardan uzaq durun, kofeinli içkilər qəbul etməyin.
Hər gün heç olmazsa 20 dəqiqə bədən tərbiyəsi ilə məşğul olun. Açıq havada müntəzəm bədən tərbiyəsi həm zehni, həm də fiziki cəhətdən son dərəcə əhəmiyyətli olub, immuniteti gücləndirir. Sonra ilıq duş alın.
- Deyirlər ki, stress, depressiya kimi gərgin durumlar da insan bədənini zəiflədir. Belədirmi?
- Bəli, dünya miqyasında aparılmış tədqiqatlar stress səviyyəsi ilə immunitet arasında asılılıq olduğunu təsdiqləyib. Müşahidələrə görə, vərdiş etdikləri həyat tərzinin dəyişməsi (məktəblərin bağlanması, xarici ölkələrə səyahətlərin ləğv olunması, karantin rejiminin tətbiqi və s.) bir qisim insanlarda stresslərə yol açıb. Stress isə immuniteti zəiflədən amillərdən biridir. Buna görə də, stressdən qorunun, internetdə yayımlanan hər informasiyaya uymayın, ancaq rəsmi qaynaqlardan məlumat alın, EVDƏQAL kampaniyasına dair xəbərdarlıqları nəzərə alaraq rahatlığınızı təmin edin.
Hamımız görürük ki, Azərbaycan dövləti öz vətəndaşlarını COVID-19 pandemiyasından Dünyanı koronavirus infeksiyasının bürüdüyü, pandemiya elan olunduğu indiki günlərdə xərçəng xəstələrinin narahatlığı bir az da artıb. Çünki virus digər ağır xəstəlikləri olan, immuniteti zəif insanlara daha pis təsir göstərir. Bəs karantin rejimi ilə əlaqədar evdən çıxmaq imkanları məhdudlaşan xərçəng xəstələri nə etməlidir, immuniteti necə gücləndirməlidir? Buna necə nail olmağın yolları haqqında ATU-nun Onkoloji Klinikasının onkoloqu, t.ü.f.d. Günay Əhmədova danışır.
- Həkim, onkoloji xəstələr orqanizmi koronavirusdan qorumaq, immuniteti yaxşılaşdırmaq üçün nə etmək, hansı dərmanları qəbul etməlidir?
- Mənə də yaxınlarım, pasiyentlərim tez-tez bu sualı ünvanlayırlar. Hər kəsə bildirirəm ki, mütəxəssislər COVID-19-un xəstə və immun sistemi zəif olan insanlarda daha ağır nəticələr verə biləcəyi barədə həmfikirdirlər. Ona görə də, koronavirusa qarşı mübarizə çərçivəsində hər gün televiziya ekranlarında, KİV-lərdə sadalanan qorunma amillərini diqqətdə saxlamaqla yanaşı hamının, xüsusilə də onkoloji xəstələrin düzgün qidalanması və immun sistemini gücləndirməsi olduqca vacibdir.
Gəlin aydınlaşdıraq: immunitet nədir? İmmunitet - hər bir canlıda xəstəliklərə qarşı qorunma mexanizmi yaradan, patogenləri və şiş hüceyrələrini tanıyıb onları yox edən, orqanizmi xarici və zərərli maddələrdən qoruyan mexanizmlərin toplamıdır. İmmun sisteminin belə bir qabiliyyəti var ki, o, geniş spektrdə viruslardan parazitlərədək orqanizmə daxil olan, yaxud orqanizmlə təmasda olan bütün yad maddələrə qarşı seçim apara bilir, həmçinin həmin yad maddələri orqanizmin sağlam hüceyrə və toxumalarından ayırd edə bilir. İnsanda immun çatışmazlığı bir sıra xəstəliklərin meydana gəlməsilə, həyati təhlükəli infeksiyalar ilə nəticələnə bilər. Ona görə də, orqanizmi istənilən xəstəlikdən, o cümlədən koronavirus infeksiyasından qorumaq üçün immuniteti möhkəmləndirmək vacibdir.
Ona görə də qeyd edim ki, immuniteti gücləndirmək üçün sehrli bir dərman yoxdur. İmmuniteti gücləndirməyin ən təhlükəsiz və düzgün yolu təbii qidalar və gündəlik qida rasionunun tənzimlənməsidir. Bizim immun sistemimiz insanın qidalanmasından, orqanizmə hansı qidaların daxil olmasından çox asılıdır. Ona görə də, hər birimiz immunostimulyatorlar qəbul etmədən, məhz düzgün qidalanma vasitəsilə immun sistemini gücləndirə bilərik.
- Elədirsə, onda onkoloji xəstələr immunitet gücləndirmək üçün ən önəmli hansı tədbirlər görülməlidir, hansı qidalar qəbul edilməlidir?
- Əgər immunitetinizi güclü saxlamaq istəyirsinizsə, siqaret çəkməyin, alkoqol qəbul etməyin; çox aşağı kalorili pəhrizlər (dietalar) saxlamayın. Mexaniki işlənmiş qidalar qəbul etməyin, hər şeyin təbii olanını qəbul edin. Mövsümə uyğun meyvə və tərəvəz, hər gün bir ovuc quru meyvə (badam, qoz, fındıq) yeyin. Hər gün bir stəkan kefir, yaxud bir kasa (150 ml) qatıq için, bir yumurta yeyin. Qırmızı ətdən az istifadə edin. İmmuniteti gücləndirən vitaminləri təbii qaynaqlardan almağa çalışın. Xüsusilə tərkibində A, B, C, E, D vitaminləri olan, çeşidli mineral tərkibli qidalar qəbul etməyə çalışın.
Bundan əlavə, çoxlu su için. Yarısından çoxu su olan insan orqanizminin daha yaxşı fəaliyyət göstərməsi və immuniteti gücləndirməsi üçün gündə azı 1,5-2 litr su içməyiniz məsləhətdir.
- Bəziləri immuniteti gücləndirmək üçün vitaminlər qəbul edirlər. Bu nə dərəcədə düzgündür?
- İmmunitet üçün vacib əhəmiyyət daşıyan amillərdən biri D vitaminidir. İnsan orqanizmi virus və bakteriyaları öldürən antimikrob proteinlər sintez etmək üçün D vitamininə ehtiyac duyur. Orqanizmdə kifayət qədər D vitamini olmadıqda bədən viruslar və bakteriyalarla mübarizədə zəifləyir. Bu vitamin balıqda (xüsusilə somon balığı), yumurtada, süd məhsullarında boldur. Ən yaxşı D vitamini qaynağı isə günəşdir. Yəni, bu qidalar və günəşlə də D vitamininə olan ehtiyacı ödəmək olar.
Unutmayın ki, immuniteti güclü saxlamağın ən vacib yollarından biri düzgün yuxu rejimidir. Hər gün 6-8 saat qaranlıq otaqda, dərin yuxu rejimi immuniteti möhkəmləndirir. Araşdırmalar göstərib ki, gündəlik 7 saat yatanlara nisbətən 6 saat yatan insanlarda soyuqda xəstələnmə ehtimalı 4,2 dəfə daha yüksəkdir. 5 saat yatanlarda bu risk daha çoxdur. Yuxunuz pozulmasın deyə günün sonunda, yəni axşamlar kofeinli qidalardan uzaq durun, kofeinli içkilər qəbul etməyin.
Hər gün heç olmazsa 20 dəqiqə bədən tərbiyəsi ilə məşğul olun. Açıq havada müntəzəm bədən tərbiyəsi həm zehni, həm də fiziki cəhətdən son dərəcə əhəmiyyətli olub, immuniteti gücləndirir. Sonra ilıq duş alın.
- Deyirlər ki, stress, depressiya kimi gərgin durumlar da insan bədənini zəiflədir. Belədirmi?
- Bəli, dünya miqyasında aparılmış tədqiqatlar stress səviyyəsi ilə immunitet arasında asılılıq olduğunu təsdiqləyib. Müşahidələrə görə, vərdiş etdikləri həyat tərzinin dəyişməsi (məktəblərin bağlanması, xarici ölkələrə səyahətlərin ləğv olunması, karantin rejiminin tətbiqi və s.) bir qisim insanlarda stresslərə yol açıb. Stress isə immuniteti zəiflədən amillərdən biridir. Buna görə də, stressdən qorunun, internetdə yayımlanan hər informasiyaya uymayın, ancaq rəsmi qaynaqlardan məlumat alın, EVDƏQAL kampaniyasına dair xəbərdarlıqları nəzərə alaraq rahatlığınızı təmin edin.
Hamımız görürük ki, Azərbaycan dövləti öz vətəndaşlarını COVID-19 pandemiyasından qorumaq üçün bir sıra vacib tədbirlər həyata keçirir. Bu halda biz vətəndaşların borcu intizamlı olmaq, özünün və ətrafındakıların sağlamlığını qorumaqla koronavirusla mübarizədə dövlətimizə yardımçı olmaqdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1713   Tarix: 08 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Bu yeməyi ikinci dəfə qızdırmaq olmaz

Göbələk yeməyini ikinci dəfə isidib yemək olmaz.  xəbər verir ki, göbələk isidildikdə zülal quruluşu pozulur: İlk bişirmədə sabitləşən zülal bağları ikinci dəfə qızdırıldıqda parçalanır. Bu dəyişiklik həzm sistemində "ya

.

5 dəqiqəlik yuxunun sağlamlığa FAYDASI

Somnoloqlar gündüz saatlarında uyğun olmayan şəraitdə belə qısa müddətli yuxunun sağlamlıq üçün faydalı olduğunu açıqlayıblar. xəbər verir ki, onların sözlərinə görə, güclü yorğunluq zamanı yaranan hər bir istirahət imkanında

.

Nahardan sonra yuxu gəlirsə, bunları edin

Nahardan sonra yaranan süstlük və yuxululuq hissinin qarşısını düzgün qidalanma və bəzi vərdişlər vasitəsilə almaq mümkündür.  xəbər verir ki, rusiyalı terapevt Olga Chistikaçıqlamasında bu vəziyyətdən qurtulmağın üç əsa

.

Bir porsiya belə təhlükəlidir - Xəbərdarlıq

Çipslər, şəkərli içkilər və hazır yeməklər də daxil olmaqla ultra emal olunmuş qidaların tez-tez istehlakı infarkt, insult və ürək-damar xəstəliklərindən ölüm riskini əhəmiyyətli dərəcədə artırır. Bu qidaların daha çox istehlak

.

Çox təhlükəli VİRUS: Yeni karantin qapıda

İngiltərədə meningokok infeksiyası ilə bağlı yayılan xəbərlər geniş rezonans doğurub və məsələ artıq yalnız lokal hadisə kimi deyil, daha geniş epidemioloji risk kontekstində qiymətləndirilir. xəbər verir ki, Böyük Britaniyanı

.

Bu vərdiş narahatlıq riskini artırır

Gənclərin gündəlik həyatında geniş yayılmış bəzi vərdişlər, fərqində olmadan onların psixoloji sağlamlığına mənfi təsir göstərə bilər. Xüsusilə şəkərli içkilərin müntəzəm qəbulu yeniyetmələrdə narahatlıq səviyyəsinin artmas

.

Yaz gəldi, allergiya mövsümü başladı - Necə qorunmalı?

Yaz fəslinin gəlişi təbiətin canlanması, ağacların çiçəkləməsi və havanın isinməsi ilə müşayiət olunur. Lakin bu dövr bir çox insan üçün sevincdən çox narahatlıq gətirir. Söhbət yaz aylarında geniş yayılan polen allergiyasında

.

Qatıq yeməyin də saatı varmış: Faydası qat-qat artır

Qatıq istehlakının faydası yalnız onun tərkibindən deyil, həm də nə vaxt yeyildiyindən asılıdır. Araşdırmalar göstərir ki, düzgün zamanda yeyilən qatıq həzmdən enerjiyə qədər bədəndə mühüm fərqlər yaradır.  xəbər verir ki

.

Cəfəri suyu necə hazırlanır? - Ləzzət qatan 5 asan və fərqli resept

süfrələrinizə təravət və rəng qatacaq, müxtəlif ədviyyatlarla zənginləşdirilmiş 5 asan və fərqli cəfəri suyu reseptini təqdim edir. Limonlu cəfəri suyu: Limonun canlandırıcı təsiri ilə cəfərinin xarakterik dadını balanslaşdıra

turlar.az

geyim seçimi kosmetoloq yay geyimləri 2026 intim heyat hakıştalar sağlamlıq haqqında donlar yay ucun kosmetika salatlar tanisliq qiz evi ucun cekc pornuxa sağlamlığa aid atalar sözləri