Xərçəng xəstələrinin sayı niyə çoxalır?

Xərçəng xəstələrinin sayı niyə çoxalır?"Xərçəng xəstəliyinin dinamikasında artım müşahidə olunur".
Milli.Az Xəzər TV-yə istinadən məlumat verir ki, bunu Səhiyyə naziri Teymur Musayev deyib.
Nazir bildirib ki, 2022-ci ildə dünyada xərçəngə 20 milyon yeni tutulma halı aşkar edilib.
Azərbaycanda onkoloji xəstəliklər sahəsində statistik göstəricilər də bu sahədə artım dinamikasından xəbər verir.
"Erkən aşkarlama faizi, ömür uzunluğu və digər göstəricilər əsasında ölkədə onkoloji xidmətin effektivliyini bəyan etmək olar. Ən əsası, bu gün artıq Azərbaycanda onkoloji xəstəliklərə münasibət dəyişib, onkoloji diaqnoz artıq müalicəyə çağırış kimi qəbul olunur", - deyə səhiyyə naziri qeyd edib.
Rəsmi statistik rəqəmlərə görə, ötən il 15 min 164 nəfərdə ilk dəfə xərçəng xəstəliyi aşkarlanıb. Onlardan 7 min 113 nəfəri kişi, 8 min 51-i isə qadındır. 2024-cü ildə ölkə üzrə xərçəng şişlərindən ölənlərin sayı 9 min 681 nəfər olub. Bu isə 2022-ci ilin statistikası ilə müqayisədə 1312 nəfər daha çoxdur. Tibbi Onkoloji uzmanı Nicat Xanməmmədov bildirir ki, siqaret, qida əlavəsi, hərəkətsiz həyat, radiasiya, hava çirkliliyi, müxtəlif toksinlər və genetik səbəblər xərçəngin yaranmasında ən başlıca faktorlardır.
Statistik rəqəmlərdə o da qeyd olunur ki, Azərbaycanda 2 min 674 nəfər olmaqla süd vəzisi, 1 525 nəfərdə isə traxeya, bronx, ağciyər xərçəngi aşkar edilib. Süd vəzi xərçənginin artması müəyyən qədər genetik faktorlarla əlaqəli olsa da, ətraf mühit amillərindən daha çox asılıdır.
Uzman həmçinin onu da bildirib ki, sağlam qidalanma, fiziki aktivliyi artırmaq, mütəmadi tibbi yoxlamalardan keçmək, eyni zamanda zərərli vərdişlərdən uzaq olmaqla xərçəng xəstəliyinin qarşısını almaq mümkündür.
Ətraflı süjetdə:
Milli.Az

Xəbərlər     Baxılıb: 1051   Tarix: 15 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

geyim necə seçməli yay geyimləri 2026 geymler 2026 bürclər 2026 hamilə qadın nə yeməli seks hekayələri yaşıl çay kosmetika maya maskasi ariqla veten haqqinda atalar sozleri kəlamlar webnem tovuzlu