Xərçəng xəstəliyinin elmə məlum olmayan əlaməti AŞKARLANDI
Rusiyalı məşhur həkim və televiziya aparıcısı Aleksandr Myasnikov, insanda onkoloji xəstəliyə dəlalət edən və indiyədək elmə məlum olmayan daha bir əlaməti qeyd edib.
Milli.Az xəbər verir ki, o, bu barədə "Rossiya 1" telekanalının efirində danışıb.
Həkim qan laxtalanmasının xərçəngin əlaməti ola biləcəyini söyləyib. Myasnikov qeyd edib ki, qan laxtası aşkar edilərsə, onun mövcudluğunun səbəbini mümkün qədər dəqiq müəyyən etmək üçün həkimə müraciət etmək və tam müayinədən keçmək lazımdır.
"Əgər hər hansı bir səbəb varsa - çox çəkənsizsə, hormonal dərman qəbul edirsizsə, (...) omba əməliyyatı etdirmisizsə və ya üç gündən çox xəstəxanada yatmısızsa - bunların hamısı risk faktorlarıdır", - deyə o, bildirib.
Həkim uzunmüddətli uçuşların və ya uzun müddət avtomobil sürməyin də qan laxtalanmasına səbəb ola biləcəyini əlavə edib.
Bundan əvvəl Myasnikov, koronavirusa qarşı peyvəndlə bağlı ən çox yayılan yeddi sualı cavablandırıb. O, bu məsələdə bir həkimin tövsiyəsinə etibar etməyin daha yaxşı olduğunu söyləyib. Çünki bəzi peyvəndlər daha uzun müddət qoruyur, bəziləri isə xroniki xəstəlikləri olan insanlar üçün daha uyğundur. (publika.az)
Milli.Az /news.milli.az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Bir kasası xəstəliyi qapıdan qovur: Şəfa mənbəyidir
Dirilik suyu – Şalğam: Min dərdə dəva olan sehirli içkinin əvəzsiz faydaları
Bu torpaqlarda yetişir: Təpədən-dırnağa antibiotik anbarı çıxdı
Çərəz yeyərkən "tək bir şərt" var
Röya Aygünün mahnısını oxuyacaq
Mənim daşım yaman ağırdır
İsveçli müğənni Avroviziyanı boykot etdi