Xərçəngin, iltihabın qarşısını alan ən təsirli vasitə: TƏBİƏTİN MÖCÜZƏSİ

Xərçəngin, iltihabın qarşısını alan ən təsirli vasitə: TƏBİƏTİN MÖCÜZƏSİTəzə zəncəfil həm keçmişdə, həm də hazırda bir çox alternativ tibb üsullarında istifadə edilir. Adətən toz halında olan zəncəfildən istifadə edirik və təzə zəncəfili bir çoxlarımız tanımırıq. Ailem.az sizə təzə zəncəfilin faydaları ilə bağlı məlumat verir.

Təzə zəncəfil sağlamlığımıza müsbət təsir edir. Onun tərkibində 80 faiz su, 2 faiz protein, 1 faiz yağ, 12 faiz nişasta, B3, B6, C vitaminləri, dəmir, kalsium, fosfor, sodium, potasium və maqnezium var. Xüsusilə təzə zəncəfil immuniteti gücləndirir və xüsusilə içərisindəki yüksək miqdarda C vitamini sayəsində qışda yarana biləcək infeksiyaların müalicəsində istifadə olunur.

Tərkibində olan anti-inflamatuar maddələrin təbii ağrıkəsici təsiri var. Bədəndə yaranan hər hansı ağrını dərhal kəsir.

Mədə bulanmasına faydası var. Zəncəfil ac qarnına istifadə edildiyində mədə bulanmasının qarşısını alır.

Ürək narahatlıqlarını aradan qaldırır. Zəncəfilin kök və ya toz olaraq istifadə edilməsi ürək ritmini tənzimləməyə kömək edir.

Təzə zəncəfili yeməklərdə, salatlarda, içkilərdə də istifadə edə bilərsiniz. Ancaq təzə zəncəfili nələrdə və necə istifadə etməyi bilməlisiniz.

Təzə zəncəfil yeməklərdə necə istifadə olunur?

Təzə zəncəfilin qoxusu darçına bənzəyir. Buna görə onu südlü şirniyyatlara rəndələyərək qatın. Şirniyyatlarınızda şəkərin səviyyəsini tənzimləmək üçün istifadə edə bilərsiniz.

Təzə zəncəfil içkilərdə necə istifadə olunur?

İçkilərinizin içərisinə də zəncəfili bal ilə qarışdıraraq əlavə edə bilərsiniz. Xüsusilə içdiyiniz südün və çayın içərisinə təzə zəncəfil qoymaq faydalı olacaq.

Xərçənglə mübarizə aparmaq üçün zəncəfilin təsiri yüksəkdir. Təzə zəncəfili xüsusilə çay olaraq istehlak etdiyinizdə sağlamlığınız baxımından bir çox fayda verir. Təzə zəncəfilin iltihabı azaltması ilə yanaşı qripə qarşı və müxtəlif infeksiya xəstəliklərinə qarşı qoruyucu təsiri var. Zəncəfili çay kimi dəmləyib içmək xərçəngi əngəlləyən ən təsirli vasitələr arasında yer alır.

Təzə zəncəfil çayı necə hazırlanır?

Təzə zəncəfil çayının hazırlanması olduqca sadədir. Əvvəlcə təzə zəncəfil kökünü yaxşı yuyun və sonra zəncəfilləri soyub dilimləyin. Ardından onun üzərinə qaynar su əlavə edin. 10 dəqiqə dəmlədikdən sonra ac qarına içə bilərsiniz.

Çayınızın antibiotik və iltihabı götürmə təsirini artırmaq üçün içərisinə bir miqdar istiot ata bilərsiniz. Bu çay öskürəyi sağaldır, iltihabı aradan qaldırır.

Zəncəfil çayının təsiri çox olduğundan hamilələrin içməzdən əvvəl mütləq həkimlə məsləhətləşməsi vacibdir.

Qızdırmanız, iltihabi cild probleminiz, ya da öd daşınız varsa, zəncəfil istifadə etməməlisiniz.

Sağlamlıq     Baxılıb: 1745   Tarix: 30 oktyabr 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

turlar.az

həkim məsləhəti geymler 2025 makiyaj instagram kişi xəyanət 2025 hicab geyimləri terxun kompotu tecavuze ugrayan qadinlar kosmetika sağlıq aydin sani hakışdalar dovsan novruz bayramina aid hakisdalar