Xərçəngin yeni risk faktoru
Süd vəzisindəki toxuma sıxlığının bədxassəli şişin əmələ gəlməsinin əsas səbəblərindən biri olduğu müəyyən edilib.
Xanim.az xəbər verir ki, alimlər bu qənaətə 200 min amerikalı qadın üzərində aparılan tədqiqatın nəticəsində gəliblər. Araşdırmalarda iştirak edənlərin 18 minində döş xərçəngi aşkar edilib. Alimlər qadınları hüceyrə sıxlığı səviyyəsinə görə qruplara ayırıblar. A qrupuna daxil olanların sinələri tamamilə yumşaq piy hüceyrələrindən, D qrupunun iştirakçılarının isə ümumi döş toxumalarının təxminən 75 faizinin sıx vəzi toxumasından ibarət olduğu aşkarlanıb. Alimlər aparılan tədqiqatın nəticələrini daha öncə elmə bəlli olan risk faktorları ilə müqayisə edib, onların hər birinin bədxassəli şişin əmələgəlmə ehtimalına nə qədər təsir etdiyini hesablayıblar.
Nəticədə bəlli olub ki, digər amillərə nisbətən toxuma sıxlığı bədxassəli şişin əmələgəlmə ehtimalı artırır. Belə ki, hesablamalara görə menopauza dövrünə çatmamış gənc qadınların 39 faizində döş xərçənginin riskini toxuma sıxlığını azaltmaqla aradan qaldırılması mümkündür. (Azərtac)









Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri