Xərçənglə mübarizədə effektiv preparatlar yaradıldı
Dünyada ilk dəfə beynəlxalq alimlər qrupu tərəfindən xərçəng hüceyrələri ilə effektiv mübarizə apara bilən nikel əsaslı birləşmələr yaradılıb.
Milli.Az medicina.az-a istinadən bildirir ki, araşdırmaların nəticələri "New Journal of Chemistry" jurnalında dərc olunub.
Müəlliflərin sözlərinə görə, preparatların bu yeni tipi bu gün istifadə edilən dərmanlara xərçəngin artan problemini həll etməyə imkan verəcək. Bundan başqa, o, digər dərmanlardan daha ucuz və təhlükəsizdir.
Platin əsaslı preparatlar bu gün xərçəngin müxtəlif növləri ilə mübarizədə geniş yayılıb. Ancaq tədqiqatın müəlliflərinin sözlərinə görə, belə dərmanlar bahalıdır, əlavə təsirlərə malikdir, bundan başqa, xərçəng hüceyrələri onların yüksək müqavimət qabiliyyətini tez əldə edir.
Tədqiqatçıların fikrincə, nikel ən yaxın elektron analoqu olan platinə alternativdir və üstəlik bir neçə dəfə ucuzdur.
Rusiya, Türkiyə, İran və İspaniyadan olan mütəxəssislərlə birlikdə keçirilmiş tədqiqat nəticəsində ilk dəfə nikel əsaslı iki yeni birləşmə alınıb. Birləşmə xərçəngin yumşaq hüceyrələrində şiş əleyhinə fəallıq nümayiş etdirib.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir