Xəstəyə ilk dəfə "iqlim dəyişikliyi" diaqnozu qoyuldu - Tibbdə yeni xəstəlik

Xəstəyə ilk dəfə Məlumdur ki, iqlim dəyişikliyi və qlobal istiləşmə dövrümüzün ən böyük problemlərindəndir.
Milli.Az xəbər verir ki, dünyanın bir çox ölkəsində son illər iqlim dəyişikliyi səbəbindən sel, meşə yanğınları və quraqlıq kimi təbii fəlakətlər artıb.
Kanadada baş verən hadisə qlobal istiləşmənin zərərlərini göstərən növbəti örnəkdir.
Kanadalı həkim ölkədəki həddindən artıq istilər səbəbindən nəfəs almaqda çətinlik çəkən yaşlı xəstəyə tarixdə ilk dəfə olaraq "iqlim dəyişikliyi" diaqnozu qoyub və xəstənin iqlim dəyişikliyindən əziyyət çəkdiyini izah edib.
Kayl Merrit adlı həkim 70 yaşlı qadın xəstədə yoluxucu xəstəlik aşkarlayıb.
Ötən ilin iyulunda Kanadada rekord dərəcədə temperatur qeydə alındı və rəsmi olaraq təxminən 600 nəfərin aşırı istilər səbəbindən öldüyü açıqlandı.
Dr. Merrit sözügedən qadın xəstədə astma, ürək çatışmazlığı və susuzluq kimi simptomların olduğunu və yüksələn temperaturun bu xəstəliklərin təsirini daha da artırdığını qeyd edib. Bu səbəblərə görə Merrit xəstəsinə "iqlim dəyişikliyi" diaqnozu qoyub.
"Əgər biz sadəcə xəstəliyin əlamətlərini aradan qaldırsaq və problemin kökünə varmasaq, daim geridə qalacıq və tibbdə heç bir irəliləyiş olmayacaq", - deyə həkim bildirib.
"İqlim dəyişikliyi" diaqnozunun sağlamlığın bərpasında rolu olacaqmı?
Dünyanın nüfuzlu akademik tibb jurnalı olan "The Lancet"in müəllifi Marina Romanello kanadalı həkim Merritin "iqlim dəyişikliyi" diaqnozunun çox müdrik və əhəmiyyətli bir hadisə olduğunu söyləyib: "Tibb mütəxəssislərinin iqlim dəyişikliyinin indi insan sağlamlığı üçün təhlükə olduğunu görməsi çox əhəmiyyətli bir inkişafdır. Bu cür diaqnoz və araşdırmalar iqlim dəyişikliyi səbəbindən ölümlərin qarşısını alacaq, bizə iqlim dəyişikliyinin sağlamlıq ölçüsünü qiymətləndirməyə imkan verəcək".
İnsanların sağlamlığını qorumaq planeti qorumaqdan başlayır
Dr. Merritt və həmkarları qlobal istiləşmə və iqlimin təsirlərini araşdırmaq üçün "Dünya Sağlamlığı üçün Həkimlər və Tibb bacıları" (DNPH) adlı tibb mütəxəssislərindən ibarət işçi qrupu yaradıblar.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hər il dünyada 150 mindən çox insan iqlim dəyişikliyinin təsirləri səbəbindən ölür.
1800-cü illərdə dünyada temperatur artımı 0,6 dərəcə olduğu halda, sənaye inqilabından sonra bu nisbət 1,2-2 dərəcəyə yüksəlib. ÜST heç bir tədbir görülməsə, bu artımın 2100-cü ilə qədər ildə 1,4 ilə 5,8 dərəcə arasında olacağını bildirir.
İqlim böhranı hazırda sağlamlıq problemlərinə səbəb olsa da ekspertlər həddindən artıq quraqlıq, meşə yanğınları və daşqınlardan sonra əkinçilik və heyvandarlığın da bundan mənfi təsirləndiyini, bəşəriyyətin yaxın gələcəkdə qida problemi ilə üzləşə biləcəyini bildirirlər.
Həkimlərin xəstələrinə qoyduğu diaqnozdan asılı olmayaraq, bütün tibb mütəxəssislərinin razılaşdığı bir məsələ var. Planetimizi yaxşı qorusaq, insan sağlamlığını da qorumuş olarıq. /aztibb.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1105   Tarix: 15 noyabr 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

qaşların formalari gozel gorunmek qis geyimləri 2026 qadın alt paltarları baliq qulagi el isleri ədəbiyyat testləri meslehetler kosmetika salatlar xerçeng sağlıq uzeyir hacibeyli öpüşme