Həddindən artıq səbr arsızliqdır?Öz dəyərini bil...

Həddindən artıq səbr arsızliqdır?Öz dəyərini bil...Öz dəyərini bil

Yeniyetmə qız 15 yaşından başlayaraq öz dəyərini artıq anlamağa başlayır. Yəni bu vaxtdan etibarən onlar özlərinə qiymət verməyi bacarmalıdır. Elə bu da onun hisslərinin sağlam formalaşmasına təkan verir. Özünü dəyərləndirmək yalnız şəxsi həyatda deyil, həmçinin iş kariyerasında vacib amildir.

Qadın həyatı boyunca qarşılaşdığı problemlərə öz səbri ilə qalib gələ bilər
Ömrümüzün əvvəlindən sonuna kimi səbr edirik. İş prosesində, sevdiyin insanla rəftarında, ən çox xoşladığın hər hansı 1 işlə məşğul olanda da səbr etməli oluruq. Səbrli, təmkinli, ağıllı qadın sevdiyi insanlarla arasında yarana biləcək hər hansı 1 problemi yoluna qoyur, işində uğur qazanır, boş-boş qıcıqlanmalardan öz başına iş açmır. Əksər vaxtlarda öz emosiyalarını çox məharətlə gizlədə bilən qadın, onun üçün əziz olan hər bir şeyi itirməmək üçün sonuna qədər mübarizə aparır. Bəlkə də elə buna görədir ki, zərif cinsin nümayəndələri həmişə ətrafdakılar tərəfindən dəyərləndirilməyi tələb edir və gözləyir. Belə bir deyim var ki: "Səbr və iradə ilə hər şeyə üstün gəlmək olar". Lakin həddən artıq səbr də bəzən insanın özünü düzgün dəyərləndirilməsinə mane yaradır. Belə ki, qarşında baş verən haqsızlığa göz yumub, səbr etsən bu ilk növbədə özünə hörmətsizlik kimi başa düşülər.

Səbr edərək özünə qarşı alçaldılmalara göz yummamalısan

İnsan ifrat dərəcədə səbr etsə, artıq iş-işdən keçdiyinin də şahidi ola bilər. Bu isə təbii ki, əhval-ruhiyəni korlayar, mənfi enerji yaradar. Əgər kiminsə tərəfindən düz başa düşülməsən və buna səbr edib sakit dayansan, bu zaman çoxları səni düzgün anlamaz və səndə ətrafına qarşı inciklik hissi formalaşar. Özünün düzgün olduğunu görən şəxs bütün dünyaya "daha bəsdir, kifayətdir", deyə qışqırmaq istəyir. Sonda görürsən ki, hər şeyə susub, sakit yanaşmağın səni bu vəziyyətə gətirib çıxardı. Ona görə də psixoloqlar belə məsləhət görürlər ki, vaxtında hər şeyi yerinə qoymaq lazımdır. Belə olan zaman isə qarşılaşa biləcəyin ən kiçik haqsızlıq ehtimalını belə sıfıra endirir.

Xəbərə əlavə olaraq öz təcübəmdən qeyd edim ki, şəxsi həyatımda baş verən gərginliklərlə əlaqədar illər öncə o qədər aqressiv idim ki...
Və mübahisələr "müharibəyə" çevrilirdi... Zamanla anladım ki, susmaq ən yaxşı yoldur. Ən azından əlavə problemlərin qarşısını alırsan, o cümlədən əsəbləşərək qarşındakının səviyyəsinə düşmürsən, əsəblərin sakit olur. Həm də insan mübarizə aparmaqdan yorulur və həyata təslim olursan. Bu yorğunluğun əlaməti olaraq artıq heç nəyə əhəmiyyət vermirəm. Kim nə danışır-danışsın vecimə deyil. Hərdən anam deyir ki, qızım, day bu qədər də səbr olmaz, sanki arsızlaşmısan ))))

Bax, belə təhqirlərə qarşı susanda da olursan arsız...
Siz səbr edənlərdənsiz?

Sizcə, nələrə qarşı səbr etmək olar və nələrə qarşı olmaz?

Maraqlı     Baxılıb: 1940   Tarix: 27 iyul 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

turlar.az

gozel gorunmek gelinlikler hamiləlik hamileliyin ilk elameti sepkilere qarsi mualice sizanaqlara qarsi resept mirzə ələkbər sabir satiraları kosmetika bakire seksler ikizler orqazm əfsanələr