Xoşqədəm Hidayətqızı yenidən efirdə - FOTOLAR
Son vaxtlar efirdən uzaq qalan teleaparıcıaparıcı Xoşqədəm Hidayətqızı yenidən efirə qayıdıb.
"Axtarıram səni" və "Sən tək deyilsən" verilişləri bağlandıqdan sonra aparıcı efirə "Deməsək olmaz" adlı yeni verilişlə çıxıb.
İlk verlişi 9 noyabr Bayraq gününə təsadüf edən aparıcı, elə bu münasibətlə də tamaşaçıları təbrik edib:
"Tamaşaçıların görüşünə gəlməkdən böyük xoşbəxtlik yoxdur. Bu gün həm də özəl bir gündür. Bayraq günümüzü qeyd edirik. Hər kəsin bayramı mübarək olsun".
Xatırladaq ki, "Deməsək olmaz" layihəsi ANS-TV-də yayımlanır.