Xroniki böyrək çatışmazlığının patoloji anatomiyası

Xroniki böyrək çatışmazlığının patoloji anatomiyasıBöyrək çatışmazlığının əmələ gəlməsində böyrək arteriyalarının spazmı və perfuzion təzyiqin aşağı düşməsi nəticəsində böyrək toxumasında işemiya əmələ gəlir və o zədələnir.Zədələnmə əsasən böyrək kanalcıqlarında baş verir,çünki,onlar oksigen aclığına az davamlıdırlar.Bundan başqa əksər nefrotoksik zəhərlər seçici olaraq böyrək kanalcıqlarının epitelisini dağıdırlar.Xəstəliyin əmələ gəlməsinə kanalların hemoqlobin,mioqlobin,sulfanilamid,sidik turşusu kristallarından əmələ gələn tıxaclarla tıxanması da xəstəliyin əmələ gəlməsinə səbəb olur.
Böyrək çatışmazlığının əmələ gəldiyi ilk dövrlərdə böyrəklərin ölçüsü və çəkisi 250 qramdan artıq olur.Ödem baş verir,qan və limfa durğunluğu nəticəsində böyrəyin fibroz kapsulu gərginləşir.Qabıq maddə avazıyır,beyin maddə tünd-qırmızı rəngdə olur.
Bir müddət sonra yumaqcıqların kapilyar ilgəkləri boşalaraq qansızlaşır,yumaqcığın kapsularası sahəsinə zülallı eksudat toplanır,qan kapilyarlarında bəzən tromblara təsadüf edilir.
Kanalcıqlarda baş verən zədələnmələr nefrotoksik zədələnmələr və qan dövranında baş verən pozğunluqlar səbəbindən baş verir.
Böyrəklərdə patoloji prosesin dərinləşməsi böyrəyin qabıq maddəsində xırda damarların boşalmasına,beyin maddəsinin genişlənməsinə və mikrotrombozların baş verməsinə gətirib çıxarır.
Böyrək çatışmazlığının 4 mərhələsi ayırd edilir:
1 Başlanğıc mərhələ
2 Oliqo-anuriya mərhələsi
3 Poliuriya mərhələsi
4 Sağalma mərhələsi
Başlanğıc mərhələ xəstəliyi əmələ gətirən səbəbin klinik mənzərəsini özündə təcəssüm edir.
İkinci mərhələ gündəlik sidik ifrazının azalmasından ibarətdir.Bu hal 2-3 həftə çəkir.Sidiyin azalması qəfildən və ya tədricən baş verə bilər.Bu zaman sidiyin çəkisi ağır olur,xəstənin dərisinin rəngi avazıyır,bədənində ödemlər əmələ gəlməyə başlayır.Asteniya,baş ağrıları,sinir sistemi pozğunluqları aşkar edilir,tənəffüs sistemi pozğunluqları meydana çıxır.
Xəstəliyin üçüncü mərhələsində xəstələrin ürək-damar sistemində ağır dəyişikliklər baş verir,nəbz tezləşir,qan təzyiqi aşağı düşür,damar çatışmazlığı baş verir.Xəstənin iştahası azalaraq get-gedə itir.Xəstələrdə ürəkbulanma,qusma baş verir.
Böyrək çatışmazlığının sonuncu mərhələsində böyrəklərin fəaliyyəti tamamilə dayanmış və xəstənin dializə ehtiyacı olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1155   Tarix: 01 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Mətbəxdə istifadə edilən 3 yağ xərçəngə səbəb olurmuş

Mətbəxdə geniş istifadə olunan günəbaxan, qarğıdalı və soya yağlarının tərkibindəki linoleik turşunun, müəyyən şərtlər daxilində xərçəng hüceyrələrinin böyüməsini stimullaşdıra bildiyi yeni laboratoriya araşdırmaları il

.

Yeməyi bir dəfədən çox qızdırmağın sağlamlıq üçün TƏHLÜKƏSİ

Mütəxəssislərin fikrincə, bir çox qida məhsulu yenidən qızdırıldıqdan sonra yalnız faydalı xüsusiyyətlərini itirmir, həm də sağlamlıq üçün təhlükəli ola bilər. Müasir həyatda insanların çoxu hər gün bir neçə dəfə təzə yemə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bir porsiya belə təhlükəlidir - Xəbərdarlıq

Çipslər, şəkərli içkilər və hazır yeməklər də daxil olmaqla ultra emal olunmuş qidaların tez-tez istehlakı infarkt, insult və ürək-damar xəstəliklərindən ölüm riskini əhəmiyyətli dərəcədə artırır. Bu qidaların daha çox istehlak

.

Tromb ola biləcəyini göstərən əsas narahatedici ƏLAMƏTLƏR

Trombozun simptomları qəfil ortaya çıxa və ya zəif şəkildə hiss oluna bilər. Tromboz qan damarında trombun (qan laxtasının) əmələ gəlməsidir. xəbər verir ki, tromb sıx bir laxtadır və o, qan damarını qismən yaxud tam şəkild

.

Hamiləlikdə Daun sindromu riskini azalda bilən məhsul açıqlandı

Sardina balığı hamiləliyin erkən mərhələlərində uşaqda Daun sindromu riskinin azalmasına kömək edə bilər. xəbər verir ki, bu barədə Rusiyalı mama-ginekoloq Anastasiya Semyonenko bildirib. Onun sözlərinə görə, sardina "Omeqa-3"

.

Bayramdan qalan bu qidalar TƏHLÜKƏLİDİR

Bayram süfrələrinin bolluğu çox zaman görünməyən təhlükəni də özü ilə gətirir. İlk baxışda "israf olmasın" düşüncəsi ilə saxlanılan yeməklər əslində sağlamlıq üçün ciddi risk mənbəyinə çevrilə bilər. Xüsusilə yumurta

.

Ürəyin işini yaxşılaşdıran 6 QİDA

Ürək sağlamlığını yaxşılaşdırmaq və ürək xəstəliyi riskini azaltmaq düşündüyünüz qədər çətin deyil. Pəhrizinizdə kiçik dəyişikliklər və müəyyən faydalı qidaların istehlakı ürəyinizin qorunmasına kömək edə bilər. xəbər veri

.

Göz sağlamlığı üçün vitaminlər həqiqətən faydalıdırmı?

Adətən düşünürük ki, gözlər üçün vitaminlər ekran yorğunluğuna qarşı tez bir həll və ciddi problemlərin profilaktikasıdır. Amma onların həqiqətən görməyə təsir edib-etmədiyini araşdıraq. bu vitaminlərlə bağlı məlumatlar

turlar.az

donlar 2026 gözəllik məhsulları geyim və ayaqqabılar milli geyimlər nişan geyim modelləri ehtiraslı şəkillər endokrin sistem kosmetika yumurta orqazm sanama big.az novruz bayramına aid bakışta