Xroniki daşsız xolesistit

Xroniki daşsız xolesistitXroniki daşsız xolesistit öd kisəsi divarının, ödçıxarıcı sistemin motor pozğunluğu ilə birgə xəstəliyidir. Xroniki xolesistit geniş yayılmış xəstəliklərdəndir. Xəstələnmə 1000 nəfər əhaliyə 6-7 nəfər təşkil edir. Xəstəliyi bütün yaş qruplarına aid etmək olur, lakin başlıca olaraq orta yaşlı şəxslər bu xəstəlikdən əziyyət çəkirlər. Qadınlar kişilərə nisbətən 3-4 dəfə çox xəstələnirlər. Xəstəliyə ən çox ekonomik inkişaf etmiş ölkələrdə rast gəlinir.
Etiologiyası:
Xroniki xolesistit adətən şərti patogen mikroblar ilə - eşerixiyalar,streptokokklar, stafilokokklar, göy irin çöpləri və s. ilə şərtlənir. Bəzən patogen mikroflora, viruslar və protozoy infeksiyası da xəstəliyin əmələ gəlməsinə səbəb ola bilir. Mikroblar öd kisəsinə hematogen, limfogen və kontakt yolu ilə nüfuz edir. Öd kisəsinin iltihabının səbəbi parazitlərin invaziyası da ola bilər. Xroniki xolesistitin inkişafına meyl yaradan vacib faktor öd axınının pozulası və durğunluğu hesab olunur. Xəstəlik adətən öddaşı xəstəliyi və ya ödçıxarıcı yolların xəstəliyi fonunda əmələ gəlir.
Xəstəliyin formalaşmasında alimentar amillər də böyük əhəmiyyətə malikdir.
Qida qəbulu arasında böyük intervalla qeyri-müntəzəm qidalanma, ət və yağlı yeməklərin üstünlüyü ilə gecələr bol qida qəbulu öddə durğunluq əmələ gətirir. Unlu və şirin qidaların, balığın, yumurtanın həddən çox qəbul edilməsi, bitki lifləri da öddə durğunluğa səbəb ola bilir.
Patogenezi:
Xolesistit tədricən inkişaf edir. Əzələ -sinir aparatının funksional pozğunluğu, onun atrofiyasına gətirib çıxarır. Mikrob florasının nüfuzu öd kisəsi selikli qişasının iltihabına səbəb olur. İltihab öd kisəsinin divarının selikaltı və əzələ qatına yayılır ki, burda da infiltratlar birləşdirici toxuma bitişmələri əmələ gətirir.
Klinikası:
Xroniki xolesistitin klinik şəkli periodik kəskinləşmələr olmaqla uzunmüddətli proqressivləşən gedişlə xarakterizə olunur. Öd kisəsində iltihab prosesinin olması ödün yanaşı gedən diskineziyasına görə onikibarmaq bağırsağa daxil olması ilə şərtlənir. Xəstədə aşağıdakı əlamətlər olur:
-Ağrı sindromu: ağrı sağ qabırğa altında, nadir hallarda epiqastral nahiyədə olur, sağ kürəyə, körpücüyə verir. Ağrının əmələ gəlməsi adətən pəhriz pozğunluğu ilə əlaqədardır.
-Dispeptik sindrom: bu zaman acı gəyirmə və ağızda daima acılıq hissi olur
-İltihabi sindrom-xolesistitin kəskinləşmə fazalarında bədən hərarətinin qalması ilə xarakterikdir.
-Sarılıq sindromu-ümumi öd axacağında seliyin və parazitlərin toplanmasına görə ümumi öd axarı çətinləşir və selikli qişalarda saralma müşahidə olunur.
Müayinəsi :USM müayinəsinin rolu böyükdür. Diaqnoz qoymaqda çətinlik törənərsə KT müayinəsinə ehtiyac duyulur.
Müalicəsi: Pəhriz vacib sayılır. Bundan başqa öd kisəsində durğunluğun qarşısı alınır, antibiotik, ağrıkəsicilərdən və s. istifadə olunur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1722   Tarix: 27 mart 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İnfarktdan sonra ürəyin bərpası üçün inqilabi kəşf

Alimlər infarktdan sonra ürəyin bərpasına kömək edə biləcək eksperimental inyeksiya hazırlayıblar. Preparatın bir dozası ürəkdə qoruyucu prosesləri bir neçə həftə ərzində dəstəkləyə bilir. xəbər verir ki, bu barədə tədqiqatı

.

İdmançılar ramazanda necə qidalanmalıdır?

"Həm sahurda, həm də iftarda yüksək yağlı qızardılmış qidalardan, şəkərlərdən və hazır qidalardan çəkinməliyik. Bu qidalar gün ərzində aclıq hissini artırır, oruc tutmağı çətinləşdirir, iftarda həddindən artıq yeməy

.

Tatu görmə pozğunluğuna səbəb ola bilər

Son araşdırmalar göstərir ki, bəzi hallarda tatu (döymə) sağlamlıq üçün gözlənilməz risklər yarada bilər. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, xüsusilə keyfiyyətsiz boya və gigiyenik qaydalara əməl olunmaması müxtəli

.

Uzun və sağlam ömür üçün ideal səhər rejimi

TikTok-da gördüyünüz o "qalx və hər şeyi fəth et" tipli yorucu videoları unudun. Uzunömürlülük üzrə mütəxəssislər sağlamlığınızı maksimuma çatdıracaq, real və davamlı səhər vərdişlərini açıqlayırlar. Söhbət sadəc

.

Alış-veriş zamanı diqqətli olun, bakteriya mənbəyidir - Hamınız istifadə edirsiniz

Market arabaları azyaşlı uşaqlar üçün təhlükəlidir. -ın məlumatına görə, Avstraliyada yaşayan bir ana 10 aylıq körpəsini market arabasının uşaq oturacağına əyləşdirib. Körpə tutacaqları ağzına aparıb və əlləri ilə metal hissələr

.

İmsaka durmayanların səhhətində bu risklər yaranır

Ramazan ayında sağlam və düzgün hesab etdiyimiz bir çox şey əslində sağlamlığımız üçün riskdir. Belə riskli vəziyyətlərdən biri də sübh tezdən yemək yemədən (imsak) oruc tutmaqdır. xəbər verir ki, Ramazanın gəlişi ilə qidalanm

.

Bu kartofları yeməyin – Zəhərlənmə riski var

Yaz aylarına yaxın evdə saxlanılan kartoflarda cücərmə və qabığın yaşıllaşması halları artır. xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, belə kartofları sadəcə təmizləyib istifadə etmək sağlamlıq üçün təhlükəli ol

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Damarları açır, öd kisəsini təmizləyir: Mətbəxinizdəki möcüzəvi ikili

Mətbəximizin ən sadə məhsullarından olan qatıq və kətan toxumu bir araya gəldikdə bədən üçün əsl "təmizlik süpürgəsi" rolunu oynayır. Bu ikili xüsusilə damarların keçiriciliyini artırmaq və öd yollarını safrada

turlar.az

kosmetik vasiteler qis geyimləri 2026 donlar 2026 çanta çimərlik dəbi dirnaq maskalari günün kombini kosmetika əqrəb üzeyir hacıbəyli klitor qiz evi ucun novruz bayrami