Yaddaşı artıran şirə və içkilər
Açarların hara qoyulduğunu unutmaq və ya hansısa xatırlanmayan söz adətən yaşlanma prosesinin normal bir hissəsidir. Əslində, yaddaş zəifliyi olduqca geniş müşahidə olunan haldır, çünki orqanizm yaşlandıqca beyin bir çox dəyişikliklərə məruz qalır.
Milli.Az oxu.az-a istinadən bildirir ki, yaddaş itkisinin daha ciddi səbəbi olması ehtimalı həmişə var, bu da həkimə müraciət etmək üçün səbəbdir. Ancaq cüzi koqnitiv dəyişikliklər yaşanırsa, kömək etmək üçün gündəlik qida rasionunda bəzi dəyişikliklər etmək olar.
Amerikalı dietoloq Emi Qudson da beynin fəaliyyətini güclndirən və yaddaşı yaxşılaşdıran içkilərin adını açıqlayıb.
Mütəxəssisin fikrincə, yaşa bağlı yaddaş pozulması ilə mübarizə aparmaq üçün qəhvə və yaşıl çay lazımdır.
Onun sözlərinə görə, bu içkilər zehni geriləmədən qoruya, həmçinin Altsheymer və Parkinson xəstəlikləri riskini azalda bilən polifenollar və antioksidantlarla zəngindir.
Qudson nar şirəsinini də son dərəcə faydalı olduğunu bildirib. O, qeyd edib ki, bəzi hallarda bu içki yaşıl çaydan dörd qat daha çox antioksidan ehtiva edə bilər.
"Nar həm də güclü iltihabəleyhinə xüsusiyyətlərə malikdir və buna görə bədəndə xroniki iltihabı azaltmağa kömək edir", - deyə o, bildirib.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Məşhur müğənni vəfat etdi
Müğənninin Azərbaycandan çıxışına 'stop' qoyulub
İsti hava insult riskini artırır - Həkimdən açıqlama
Bakıda yayıldığı iddia olunan qulaqdibi xəstəliyi ilə bağlı rəsmi açıqlama
Pərvin Abıyeva ağır xəstəliyindən danışdı: '32 yaşımda düzgün diaqnoz qoyuldu
Diş minasını zədələməmək üçün bunları edin
Cici Hadidlə Bredli Kuper Parisdə - Fotolar