Yağlı dəriyə qulluq edilməsi

Yağlı dəriyə qulluq edilməsiYağlı dəri sarı-boz və ya torpaq rəngində olur. Parlaq və yağlı görünüşə malik olan dərinin üzərində genişlənmiş məsamələr, iltihablaşmış sahələr (civzələr, sızanaqlar) də görünür. Bu dəriyə diqqətli qulluq tələb olunur. Yağlı dəriyə qulluq edilməsi, istənilən digər dəri tipinə olan qulluq kimi, təmizlənmə, qidalandırma (yumşaltma), nəmləndirmə və qoruma kimi proseduralardan ibarətdir.
Yağlı dəriyə qulluq göstərilməsinin əsas şərti onun təmizlənməsidir. Quru dəridən fərqli olaraq yağlı dərinin piy vəziləri çoxlu miqdarda piy ifraz edirlər ki, bu piy də bakteriyalara yaxşı qidalı mühit yaradır. Nəticədə yağlı dəri tez-tez iltihablaşır, onun üzərində sızanaqlar əmələ gəlir. Yağlı dərisi olan insanlara tez-tez çox isti su ilə üzünü yumaq və sabundan istifadə etmək olmaz. Ona görə ki, bu zaman piy vəzilərinin fəaliyyəti daha da artmış olur. Üzü azca ilıq su ilə yumaq, bu zaman yağlı və problemli dərilər üçün nəzərdə tutulmuş (bu barədə satılan məhsulun qutusunun üzərində oxuya bilərsiniz) xüsusi yuyucu vasitələrdən (gel, emulsiya, krem, mussalar) istifadə etmək məsləhət görülür. Onların tərkibinə meyvə turşuları, mikrobları öldürən əlavələr, piy ifrazını normallaşdıran maddələr daxil edilir. Dəridə sızanaqların, civzələrin əmələ gəlməsinə meyllilik olarsa, üzün yuyulmasında məsamələri yaxşı təmizləyən xüsusi fırçadan istifadə etmək məsləhət görülür. Həftədə 2 dəfə olmaqla üzün yuyulmasından sonra skrablardan, pilinqlərdən istifadə etmək lazımdır.
Səhər təmizlədikdən sonra yağlı dəriyə, tərkibində minimal miqdarda yağ komponentləri olan gündüz qidalandırıcı krem, axşam isə nazik qatla gecə kremi sürtmək məsləhət görülür. Cavan yaşlarda olanlara axşam vaxtı dəriyə gecə kreminin sürtülməsi vacib hesab edilmir.
Yağlı dərinin hər gün, mütləq əlavə olaraq nəmləndirilməsi, adətən, tələb olunmur. Ancaq bəzi hallarda xarici mühitin zərərli faktorlarının (külək, günəş şüaları və s.) təsiri altında yağlı dəri də, xüsusən onun boyun, dodaqlar və gözətrafı kimi sahələrində də quruma prosesi başlaya bilər. Bu halda onun üzərinə nazik qatla nəmləndirici krem çəkilə bilər.
Yağlı dərinin müntəzəm şəkildə kosmetoloq tərəfindən təmizlənməsinə daha çox ehtiyac vardır.
Dərisi yağlı olan insanların yemək rasionu meyvə və tərəvəzlərlə, zülallarla zəngin olmalıdır. Onlar daha çox su içməli, yağlı, şirin, duzlu və hisə verilmiş məhsulların qəbul edilməsini isə maksimal şəkildə məhdudlaşdırmalıdırlar.
Yağlı dərinin bir şəksiz üstünlüyü də var – piyin çox olması onu qurumaqdan qoruyur. Yağlı dəridə qırışların əmələ gəlməsi və digər qocalma əlamətləri də digər dəri tiplərinə nisbətən daha gec baş verir. Yaşa dolduqca yağlı dəri də get-gedə qurumağa başlayır.
Həftədə 2-3 dəfə olmaqla müntəzəm olaraq yağlı dəri üçün nəzərdə tutulan maskalar etmək lazımdır.

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 1825   Tarix: 23 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir

Çöl qidalanması keyifli olmalıdır, lakin aşağıdakı məqamlar bu keyfi xəstəxanada bitirə bilər:. "Günün şorbası" əslində "Dünün şorbası" ola bilər. Bir çox məkanda günün şorbası mətbəxdəki israfın qarşısın

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

turlar.az

hamilelikde qidalanma yay geyimləri 2026 yaz geyimleri 2026 qiymenin hazirlanmasi dil haqqında aforizmlər 2026 geyim kolleksiyasi kətə reseptləri kosmetika qız bürcü toy gecesı xerçeng narin faydasi hakisdalar