Yalnız bu hallarda ana südü vermək olmaz - Pediatr açıqladı

Yalnız bu hallarda ana südü vermək olmaz - Pediatr açıqladı"Yağlı və ya yağsız, duzlu, yaxud duzsuz, kalorili-kalorisiz, mikroblu-mikrobsuz ana südü olmur. Bu yanlış təsəvvürlərə görə neçə-neçə uşaq boş yerə bu nemətdən məhrum olur. Onsuz da psixologiyası gərgin olan, yeni ana olmuş qadınlara kənardan belə mənfi fikirlərlə təzyiq göstərməkdənsə, öz övladına bu dəyərli neməti verə bilməsi üçün onlara mənəvi dəstək olmaq lazımdır".
Milli.Az xəbər verir ki, həkim-pediatr Günay Rəsulova sosial şəbəkədə ana südü barədə paylaşım edib.
Həkim bildirib ki, yalnız aşağıdakı səbəblərə görə ana övladına süd verə bilməz:
- Anada HİV infeksiyası (QİÇS) varsa;
- Müalicə edilməmiş bruselyoz (müvəqqəti) varsa;
- Aktiv vərəm (müvəqqəti) varsa;
- Gilə ucu herpes səpkiləri olan analar (müvəqqəti);
- Diaqnostika və ya müalicə məqsədilə radyoizotoplara məruz qalan analar (müvəqqəti);
- Onkoloji müalicə (sitostatiklər) alan analar (müvəqqəti);
- SMV seropozitiv anaların 1500 qramdan az və ya 32 həftədən tez doğulan uşaqlar;
- H1N1 infeksiyası keçirən analar qızdırma düşənə qədər (müvəqqəti);
- Süd vəzi absesi olan ana (müvəqqəti);
- Şizofreniyalı ana (övladına zərər verə bilər).
Ən çox sual doğuran digər məqamlar
- Mənfi rezuslu ana süd verə bilər;
- Mastitli (süd vəzisi şişkinləşmiş, qızarmış, qızdırma verən) ana (əksinə bol-bol əmizdirməlidir);
- Qızdırmalı ana süd verə bilər;
- Hamilə ana (obstetrik risk daşımırsa) övladına süd verə bilər;
- Hepatit B, C-li ana gilə ucunda qanayan çat yoxdursa, əmizdirə bilər;
- Koronaviruslu ana antiseptik qaydalara əməl etməklə, maska ilə körpəni əmizdirə bilər.
Əgər ana çox narahatdırsa, südü sağıb məsafədən yedizdirə bilər. Koronavirus uşağa südlə keçmir. Bu virus hava-damcı yolu ilə keçdiyinə görə tövsiyələri nəzərə alaraq yenə də analar körpələrini öz südü ilə bəsləməyə davam edə bilər.
"Ana südü körpə üçün çox vacib bir qidadır. Bu süd ilə qidalandırılan uşaqların immuniteti möhkəm olur. Ana südü yeyən, amma tez-tez xəstələnən uşaqlar isə əmizdirilməmiş olsaydı, hər xəstəliyi daha fəsadlı keçirə bilərdi. Ana südü təbii və ən möhkəm peyvənddir. Uşaqları ana südündən və peyvənddən məhrum etməyin", - deyə həkim əlavə edib. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1145   Tarix: 29 aprel 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

hamiləlik yemek reseptleri geyim seçimi qripdən qorunmaq spermanin qadina faydasi kontrasepsiya və abort qadın müdafiəsi kosmetika nagillar qurd ve quzu rus dili 2ci ders novruz hakıştası sağlıq