Yanvarda qiyməti DƏHŞƏTLİ dərəcədə qalxacaq ƏRZAQLAR

Yanvarda qiyməti DƏHŞƏTLİ dərəcədə qalxacaq ƏRZAQLARYanvardan Azərbaycan manatının tam üzən məzənnə siyasətinə keçməsi istər-istəməz bir sıra ərzaq məhsullarının bahalaşmasına səbəb olacaq.

Bunu ölkənin xarici ticarət dövriyyəsində qeyri-neft məhsulları üzrə müşahidə olunan mənfi saldoya əsaslanaraq ehtimal etmək mümkündür. Neft məhsullarının ixracından gələn gəlirlər ayrıca olaraq Dövlət Neft Fondunda (ARDNF) toplandığından, bu pulların məzənnəyə təsir yalnız ARDNF-in dövlət büdcəsinə transfertləri şəklində baş verir.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, 2016-cı ilin yanvar-oktyabr aylarında ölkəyə 6,9 milyard dollarlıq qeyri-neft məhsulu idxal edilib. Ölkədən isə cəmi 989 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edilib. Yəni ortada 5 milyard dollarlıq fərq var və Dövlət Neft Fondundan dövlət büdcəsinə ediləcək 6,1 milyard manat, yəni indiki məzənnə ilə 3,5 milyard dollar emissiya bu fərqi tam qapaya bilməyəcək. Belə olan şəraitdə həm qeyri-neft idxalının azalması, həm manatın müəyyən qədər devalvasiyası qaçılmaz olacaq. Bu isə öz növbəsində bir çox ərzaq mallarının, xüsusilə də idxal ərzaq mallarının bahalaşmasına səbəb olacaq.

İlkin hesablamalara görə, ölkənin ərzaqa olan tələbatının 11%-i idxal hesabına ödənir. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2016-cı ilin yanvar-oktyabr aylarında ölkənin ticarət şəbəkəsində 11,9 milyard manatlıq ərzaq, tütün və içki satılıb. DGK-nin məlumatına görə, həmin aylarda Azərbaycana 1,2 milyard dollarlıq, yəni indiki məzənnə ilə 2,1 miyard manatlıq ərzaq, tütün və içki gətirilib. Yəni ticari ərzaq dövriyyəsinin təxminən 18 faizi idxal hesabına ödənib.

DGK-ın idxalla bağlı məlumatlarını araşdırdıqda bahalaşan malların sırasında ilk yerdə buğda gələcəyini ehtimal etmək olar. Sirr deyil ki, ölkənin ərzaq buğdasına olan əsas ehtiyacı idxal hesabına ödənilir və hər il ölkəyə 1,4 milyon ton buğda gətirilir. 2016-cı ilin yanvar-oktyabr aylarında artıq ölkəyə 1,27 milyon ton buğda gətirilib və buna 234 milyon dollar pul xərclənib. Yəni buğdanın tonu 185 dollara düşüb. Təbii ki, dollar bahalaşarsa, çörək də bahalaşacaq və qiyməti inzibati yollarla saxlamaq mümkün olmayacaq.

Şəksiz bahalaşacaq ikinci ərzaq məhsulu isə şəkərdir. Ölkənin şəkərə olan tələbatının 90 faizi xammal hesabına ödənir. 2016-cı ilin yanvar-oktyabr aylarında artıq ölkəyə 362 min ton şəkər gətirilib və bunun üçün 142 milyon dollardan çox vəsait xərclənib, şəkərin tonu 400 dollara düşüb. Yəni dollar bahalaşarsa, bu ərzaq məhsulunun da bahalaşması qaçılmazdır.

Bahalaşacaq üçüncü geniş istehlak məhsulu siqaretdir. Azərbaycanda istehlak edilən siqaretlərin, demək olar ki, əksəriyyəti idxal tütün hesabına təmin edilir. Düzdür, ölkədə istehlak edilən siqaretlərin 15 faizi, yəni 2 milyard ədəd ölkə daxilində istehsal edilir, amma onun da xammalı əsasən xaricdən gətirilir.

"Xeyli irəliləmə var, 1990-cı illərdə biz ərzağa olan tələbatın 20-22 faizini idxal hesabına təmin edirdik".

Əsasən xaricdən gətirilən çayın, demək olar ki, bütünlüklə xaricdən gətirilən məhsuldan qablaşdırılan bitki yağlarının, təxminən 30 faizə qədəri xaricdən gətirilən kərə yağının bahalaşması qaçılmazdır. Gübrə, maşın və mexanizmlərin də əsasən idxal edildiyi nəzərə alınarsa, bahalaşmanın demək olar ki, bütün ərzağı əhatə edəcəyini ehtimal etməyə imkan yaradır.

Bütün bunlar Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı problemin olduğunu düşünməyə imkan verir. Hər halda, yüz milyonlarla dollar xərclənərək çörək, yağ və şəkərə, həmçinin tərgidilməsi qeyri-mümkün olan siqaretə olan məhz idxal hesabına ödənir. Lakin Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oqtay Haqverdiyev İstipress.com-a müsahibəsində bu məsələdə vəziyyətin elə də təhlükəli olmadığını deyir:

"Ərzağa olan tələbatı 100 faiz daxili istehsla hesabına təmin etmək mümkün deyil. Kəndlərdəki natural istehsal nəzərə alındıqda bizdə tələbatın yalnız 10-12 faizi idxal hesabına ödənir. Deyim ki, bu məsələdə xeyli irəliləmə var. Çünki 1990-cı illərdə biz ərzağa olan tələbatımızın 20-22 faizini idxal hesabına təmin edirdik. Amma bununla belə, həm taxıla, həm şəkərə, həm də tütünə, həmdə bitki yağlarına olan tələbatımız yerli istehsal hesabına ödənilə bilər. Bunun üçün xüsusi proqramlar tərtib olunmalıdır".

Təbii ki, bu proqramlar həyata keçərsə, idxalımız da müəyyən qədər azalar və yüz milyonlarla dollar vəsait ölkədə qalar. Manat da dollar qarşısında şax duraraq əyilməz. Azərbaycan vətəndaşları da milli valyutaları kimi başlarını uca tutarlar. Vəssalam. (istipress.com)

Xəbərlər     Baxılıb: 1899   Tarix: 13 dekabr 2016
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Həddindən artıq yuxu niyə təhlükəlidir?

Yuxu rejimi ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr önə çıxarıb. xəbər verir ki, "PLOS One" jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, həm yuxusuzluq, həm də normadan artıq yatmaq sağlamlıq üçün ris

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

1 aydan çox davam edən ÖSKÜRƏK - Gizli xəstəliyin siqnalı

"Uzunmüddətli öskürək də risk əlaməti ola bilər". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onun sözlərinə görə, bir ayda

.

Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil

Jujube (hünnap) yüksək C vitamini tərkibi ilə limon və portağalı geridə qoya bilər. Uzaq Şərq təbabətində uzun illərdir istifadə olunan bu meyvənin immunitet sistemini gücləndirdiyi bildirilir. xəbər verir ki, mütəxəssisləri

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

turlar.az

yay geyimləri 2026 kosmetika mehsullari gözəllik məhsulları seks prosesi boşanma səbəbləri geyimler 2026 kliniki ölüm kosmetika klitor anabaci badambura qaynana qaynana hakista