Yaponların CAVANLIQ SİRRİ

Yaponların CAVANLIQ SİRRİUzun illərdir, bəlkə də qadın yaranandan bəri dünya cavanlıq iksirinin reseptinin axtarışındadır. Lakin indiyədək heç kim müvəffəqiyyət qazanmayıb. Bir çox insan, xüsusilə qulluq kremləri istehsal edən şirkətlər yanlış məsləhət və təlimatlar verərək sizdən xeyir qazanmağa çalışır. Lakin o da həqiqətdir ki, bir çox qədim gözəllik ayinləri dərinin elastikliyini qoruyaraq qocalıq prosesini ləngidir.
Publika.az oxucuları yapon qadınlarının tez-tez istifadə etdiyi maska resepti ilə tanış edib.
Yəqin eşitmisiniz ki, hansısa sirli substansiyalardan dolayı Yaponiyada qadınların əksəriyyəti gözəl və gənc sayılır. Bəs bu sirli amillər hansılardır? Başlıca səbəb əlbəttə ki, yağsız və qaynadılmış halda yeyilən düyü ilə dəniz məhsullarıdır. Düyünün tərkibi faydalı xassələrlə zəngindir. Düyüdə olan skvalen və linolevel turşuları çox güclü antioksidant, həmçinin dəridə kollagenləri stimullaşdırmaq qabiliyyətinə malik olan xassələrə malikdir.
Skvalen dərini günəşin doğurduğu zərərli təsirlərdən qoruya bilər. Düyü həm də pis xolesterin səviyyəsini aşağı salaraq ürəyinizi müdafiə etmək qabiliyyətinə malikdir. Düyü E vitamini ilə də boldur.
Qeyd etmək lazımdır ki, düyünün faydalı xassələri elmi cəhətdən isbat olunub. Odur ki, düyü suyu üzə müsbət təsir edir, dərini yumşaldır, onu daha parlaq və elsatik edir. Yaponlar iddia edir ki, maskanın daimi istifadəsi qadını 10 yaş gəncləşdirir.
Zəruri inqrediyentlər:
3 xörək qaşığı düyü
1 xörək qaşığı bal
1 xörək qaşığı süd.
Hazırlanması:
Əvvəlcə düyünü təxminən 2 dəqiqə qaynadıb suyunu süzün. Daha sonra düyü suyuna isti süd və bir xörək qaşığı bal əlavə edib qarışdırmaq lazımdır. Növbəti mərhələdə maskanı quru və təmiz dəriyə sürtün. Maska quruyana qədər üzünüzdə saxlayın. Sonda üzünüzü silib dəsmalla qurulayın.
Qalan düyünü isə skrab kimi istifadə edə bilərsiniz. /publika.az

Gözəllik və Moda     Baxılıb: 3234   Tarix: 04 aprel 2019
f Paylaş

Oxşar xəbərlər

.

Saçınız nazikdirsə, heç vaxt belə kəsdirməyin

Hansı saç düzümləri incə saçları daha az həcmli göstərir: niyə stilistlər gündəlik görünüşlərdə bu formalardan çəkinməyi məsləhət görürlər. Beləliklə, bu modelləri təqdim edirik:. İncə saçlar üçün hansı saç kəsimləri uyğu

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

.

XIX əsrdə qadınların gözəllik üçün istifadə etdiyi təhlükəli üsullar

XIX əsrdə qadınlar gözəl görünmək üçün müxtəlif üsullardan istifadə edirdilər, lakin həmin dövrdə kosmetikanın tərkibi bu günlə müqayisədə xeyli təhlükəli idi. Elmi biliklərin kifayət qədər inkişaf etməməsi səbəbindən bi

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal

Baxımlı görünmək hər zaman bahalı geyimlər, çoxsaylı kosmetik vasitələr və ya hər gün gözəllik salonuna getmək demək deyil. Bəzən qadının ümumi görünüşünü dəyişən çox kiçik detallar olur. Təmiz və səliqəli saç, baxımlı əllər

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

turlar.az

geyim necə seçməli həkim məsləhəti kosmetoloq ana və uşaq şir bürcü atalar sozu veten haqqinda qış geyimləri kosmetika bahar webnem tovuzlu vusale elizade olumu yutube