Yardımlıda 23 yaşlı qızın dəhşətli QƏTLİ: "3 uşaq atası onu qaçırıb və..."/YENİLƏNİB

Yardımlıda 23 yaşlı qızın dəhşətli QƏTLİ: "3 uşaq atası onu qaçırıb və..."/YENİLƏNİBYardımlı rayonunda törədilmiş qətlin təfərrüatı üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Telavar kəndində qətlə yetirilən Natavan Babayevanın 23 yaşı olub. O, təxminən 10 gün əvvəl itkin düşüb və ailəsi Natavanın yoxa çıxması ilə bağlı polisə müraciət edib.

Araşdırmalar nəticəsində məlum olub ki, N.Babayeva anası və 3 bacısı ilə birgə yaşayıb. Subay qadının bir müddət əvvəl 3 uşaq atası olan kənd sakini, 37 yaşlı Niyazi Təhməzovla münasibəti yaranıb. 10 gün əvvəl onlar kənd ərazisində heç kimin yaşamadığı evdə görüşüblər və burada aralarında mübahisə yaranıb. Mübahisə zəminində N.Təhməzov 23 yaşlı qadını boğaraq öldürüb. Daha sonra isə meyiti samanlıqda gizlədərək, heç nə olmamış kimi evinə qayıdıb.

Öldürülən qadının N.Təhməzovla münasibəti üzə çıxan kimi o, saxlanılıb. N.Təhməzov törətdiyi əməli etiraf edib və meyiti gizlətdiyi yeri göstərib.

Faktla bağlı Yardımlı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

14:07

Yardımlı rayonunun Telavar kəndinin ərazisində kənd sakini Natavan Babayevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndlisi Niyazi Təhməzov tutulub.

Xanim.az xəbər verir ki, Natavan Babayevanın ölümünün təfərrüatları barədə kənd sakinləri publika.az-a məlumat verib. Sakinlər bildirib ki, N.Babayeva ilə onu öldürməkdə şübhəli bilinən Niyazi Təhməzov qohum deyil.

Natavanın ölümündə onun şübhəli bilinməsi səbəbi axırıncı dəfə evlərinə gələn yad adamın N.Təhməzov olmasıdır: "9 gün əvvəl Natavan itkin düşüb, ailəsi axtarış üçün polisə müraciət edib. Əvvəlcə ailə onun qaçırıldığını düşünüb, sonra polis hadisədə cinayət ehtimalının ola biləcəyini nəzərə alaraq axtarışları genişləndirib, onun meyiti evlərindən kənarda kənd ərazisində tapılıb".

Sakinlər deyir ki, 23 yaşlı N.Babayeva anası və bacısı ilə birlikdə qalırmış. Atası isə kənddə deyildi: "Niyazi kənddə taksi sürür, axırıncı dəfə də onların evinə un gətirib. Həmin gündən də Natavan itkin düşüb. Natavan itkin düşəndən sonra Niyazinin tez-tez huşu gedirdi. Bütün bunlar şübhələri onun üzərinə yönəldib. Ailə də polisə qızlarını onun qaçırdığından şübhələndiyini deyib. 34 yaşlı Niyazi Təhməzov ailələlidir, 3 övladı var".

Xəbərlər     Baxılıb: 3330   Tarix: 14 aprel 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Sumaq suyu içənlərdə o problemdən əsər-əlamət qalmır

Antioksidantlarla zəngin olan sumaq bədəndəki iltihabı azaltmaq qabiliyyəti ilə tanınır. Bu xüsusiyyəti onu sadəcə dadlandırıcı deyil, həm də profilaktik vasitəyə çevirir.  xəbər verir ki, sumaq suyu şişkinlik və həzmsizli

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır. xəbər verir ki, temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerj

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Həyatımızı idarə edən hormon - KORTİZOL

"Stress hormonu" kimi tanınan kortizol orqanizmin stress reaksiyasını tənzimləyən əsas hormonlardan biridir və gündəlik həyatda mühüm rol oynayır. xəbər verir ki, böyrəküstü vəzilərdə ifraz olunan kortizolun metabolizmə

.

Süfrəmizdəki təhlükə - Həkimdən XƏBƏRDARLIQ

Qidalanma vərdişləri böyrək daşı xəstəliyinin yaranmasında mühüm rol oynayır. xəbər verir ki, bu barədə türkiyəli urologiya mütəxəssisi Mustafa Suat Bolat məlumat verib. Onun sözlərinə görə, zülalın həddindən artıq qəbul

.

Qaraciyərinizə zərər verən üç yatma vərdişi

Qaraciyər sağlamlığı gündəlik vərdişlərdən, xüsusən də yatmazdan əvvəlki davranışlardan birbaşa asılıdır. Gecə saatlarında qəbul edilən alkoqol və yağlı qidalar bu orqan üçün ciddi təhlükə yaradır. .  xəbər verir ki, Hindistandak

turlar.az

donlar 2026 makiyaj etmek qaydalari geymler 2026 faydalı bitkilər qan qruplari haqqinda melumat balqabaq tumu bəxtiyar vahabzadə ana şeiri kosmetika ariqlamaq sevda sac modelleri masqalar ikizler