Yaş salfetlər qadağan olunacaq
Niderland hakimiyyəti yaş salfetləri qadağan etməyi planlaşdırır.
Milli.Az xəbər verir ki, Niderland hökuməti tərkibində plastik olan yaş salfetlərə ümumavropa qadağası qoyulmasını təklif edib.
Buna səbəb kimi ciddi ekoloji fəsadlar və kanalizasiya sistemlərinin tıxanması göstərilib.
Təmizlik və ya uşaq baxımı üçün geniş istifadə edilən bu gigiyena məhsulları suda parçalanmır və tez-tez kanalizasiya sistemlərində tıxanmalara səbəb olur. Bildirilir ki, hər il bu cür tıxanmaların aradan qaldırılmasına 55 milyon avroya qədər vəsait xərclənir.
Təklif olunan qadağanın nə vaxt tətbiq oluna biləcəyi açıqlanmayıb, lakin Avropa Birliyi səviyyəsində əlaqələndirilmiş fəaliyyətin vacibliyi vurğulanıb. Bu da onu deməyə əsas verir ki, qadağa əvvəlcə Niderlandda qüvvəyə minsə də, sonradan bütün AB ölkələrində tətbiq oluna bilər. (Publika.az)
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi