Yaşa uyğun normal təzyiq neçə olmalıdır? - Uşaqlar və böyüklər üçün CƏDVƏL

Yaşa uyğun normal təzyiq neçə olmalıdır? - Uşaqlar və böyüklər üçün CƏDVƏLİnsanların səhhətləri barədə ən çox şikayət etdikləri şey qan təzyiqinin yüksək olmasıdır. Qan təzyiqi ən çox orta yaşdan yuxarı adamlara meydana gəlir və orqanizmdə bir çox narahatçılıqlara səbəb olur.
Bu patoloji əlamət insanın əhval ruhiyyəsini, sinir sistemini və uzun müddət davam etdikdə daxili orqanlıarını da sıradan çıxarır. Arterial təzyiqi olan adamların halı gündə bir-neçə dəfə dəyişilir və onlar özlərini pis hiss edirlər.
Milli.Az immunitet.az-a istinadən xəbər verir ki, qan təzyiqi dedikdə arterial təzyiq nəzərdə tutulur. Bu qanın arteriya damarlarında işini və hərəkət sxeminin ölçüsüdür. Qan təzyiqiqni artması isə arteriyalara birlikdə kapillyarlarda da dəyişikliklərin baş verməsinə səbəb ola bilir.
Qan təzyiqinin yüksəlməsi ilk növbədə ürək əzələsinin sıxılmasından və qanın oraya 1 dəqiqədə axınından asılı olur. Qanın oraya hansı miqdar və sürətlə axması isə birbaşa ürəyə öz təsirini göstərir.
Qan təzyiqi normal olmadıqda xəstədə pis əhval-ruhiyyə, yuxusuzluq, əmək qabiliyyətinin aşağı düşməsi müşahidə edilir.
Arterial təzyiqin nə qədər olması cinsiyyətdən, yaşdan və xəstəliklərdən asılı olaraq dəyişkən olur.
Arterial təzyiqin normativləri aşağıdakı qaydada olmalıdır:
* Sistolik arterial təzyiq - qanın vurulmasının ən yüksək həddidir. El arasında buna təzyiqin yuxarısı deyillir. Yəni təzyiq ölçən aparatdakı birinci rəqəm.
* Diastolik arterial təzyiq - ürək damarlarının pauzalar arası yığılmasını bildirən ən aşağı həddir. BUna təzyiqin aşağı rəqəmi deyilir, ikinci göstərici.
Normal arterial təzyiq 120/80mm.c.süt. olmalıdır. Amma, insanlar müxtəlif olduqları kimi onların təzyiqləri də müxtəlif olur. Aşağıdakı cədvəl yaşına görə normal təzyiqin neçə olduğunu göstərir.
Yaş Kişilər Qadınlar
20 123/76 116/72
20-30 126/79 120/75
30-40 129/81 127/80
40-50 135/83 137/84
50-60 142/85 144/85
70 + 142/80 159/85
Uşaqlarda arterial təzyiq normaları
Yaş Sistolik döyüntülərin sayı Diastolik döyüntülərin sayı
2 həftəyə qədər 60-96 40-50
2-4 həftə 80-112 40-74
2-12 ay 90-112 50-74
2-3 yaş 100-112 60-74
3-5 yaş 100-116 60-76
6-9 yaş 100-122 60-78
10-12 yaş 110-126 70-82
13-15 yaş 110-136 70-86
Cədvəldən göründüyü kimi insanın yaşı artdıqca onun qan təzyiqi də yüksəlir. Bu göstəricilərin fərqli olması isə insanda müxtəlif xəstəliklər səbəbindən baş verir. Bu zaman isə yeganə çıxış yolu həkimə müraciət eləmək və təzyiqin dəyişməsinə səbəb olan amili aradan qaldırmaqdan ibarətdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2753   Tarix: 26 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

maskalar geyim dəbləri geyim seçimi 2026 ayaqqabı modelləri suni mayalanma qüsl almaq qaydası atalar sozleri ve meseller kosmetika aslan bayati hakistalar zehmet ve zinet kondom