Yaşadığın şəhər hansı şərtləri ilə səni öldürə bilər?

Yaşadığın şəhər hansı şərtləri ilə səni öldürə bilər?Araşdırmalar sübut edib ki, böyük şəhər və paytaxtda yaşayanlar böyük stress altında yaşayır və bu yükə orqanizmin gücü tab gətirə bilmir. Şəhər müasir şərtləri ilə cəlbedicidir, amma əvəzində sağlamlığını qurban verməlisən.
Milli.Az medicina.az-a istinadən yaşadığımız şəhərin hansı cəhətlərinin sağlamlığımıza qənim kəsildiyini təqdim edir.
1. Avtomobil, qazlar və tıxaclar - hər gün stresi artırır, daşırır, sinir sistemini daim qıcıqlandırır. Amerikalı psixoloqlar müəyyən edib ki, şəhər mərkəzində oxuyan və hər gün tıxacla avtomobildə dərsə gəlib gedənlər gərgin stres altında olur və digərlərindən daha pis imtahan nəticəsi göstərir.
Şəhər içində gün boyu avtomobildə oturaq dolaşmaq, piyada gəzməmək, piylənmə və damar xəstəliyi riskini 10% artırır.
Bütün günü maşın sürənlər daha çox siqaret çəkir, idmanla məşğul olmur, pis yatır.
2. İctimai nəqliyyat, basabas metro, avtobus
Əgər maşının yoxdursa, bütün günü sükan arxasında deyilsənsə, yenə də stresin azalmır. Çünki avtobus və metro psixoloji problemləri daha da artırır, insanlar tez-tez xəstələnir, çünki avtobusda hər cür virus və xəstə insan ola bilər.
Avtobus, metroda işçi işə necə, nə vaxt çatacağını düzgün hesablaya bilmir, gecikir və o işə əsəbi gəlir.
İctimai nəqliyyatda olan basabas, havasızlıq, səs-küy, silkələnmə və basırıq bütün sinir və hormonal sistemi pozur.
3. İşdən evə və geri yollar
Şəhərdə yaşayan insanın ömrünün yarısı yollarda keçir. Yollar həqiqətən insanı öldürür. Yapon alimləri bu qənaətə gəlib ki, günü yollarda keçənlərin ürək ritmi pozulmuş olur.
Gündə 40 dəqiqə yolda sərf edən insanın simpatik sinir sistemi daim aktiv olur və bu da aritmiyaya səbəb olur.
Sutkada 2 saatdan artıq yolda keçirənlərin ömrü daha qısa olur. Bu insanın istirahət, idman və s. vaxtı qalmır.
- Şəhər küyü
Şəhər insanı sanki bu səsə alışır. Amma orqanizm hər gün bu səs-küyə, vibrasiyaya dözməli olur.
Şəhərdə hər yer səs-küylüdür: yollardan tutmuş ofislərə kimi. Hətta yeməyi də səs-küy altında yeyirlər.
Əgər insan 85 ds yüksək səs eşidirsə, bu onun sinir, psixi və ürək işinə mənfi təsir edir.
Avtomagistral yollarının yaxınlığında səs tezliyi 55- 90 dB qədərdir.
Yəni yollarda alışdığımız səs sağlamlıq üçün təhlükəlidir. Bu zaman qulaq, qalxanvari vəz, hipofiz, arterial təzyiq, ürək xəstəlikləri, immunitet zəifliyi, yuxu pozulması, psixi pozulma baş verir.
Milli.Az

Xəbərlər     Baxılıb: 938   Tarix: 30 dekabr 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

geyim necə seçməli qadin dunyasi gozel gorunmek is qurmagin yollari qrip haqqında yataqda kokteyl kosmetika sanamalar kahfe falı novruz hakistalari hakışta sevda