Yaşlanmanın qarşısını alan, üzdəki məsamə və toksinləri tamamilə təmizləyən ağ gil maskası!

Yaşlanmanın qarşısını alan, üzdəki məsamə və toksinləri tamamilə təmizləyən ağ gil maskası!Dəri baxımı qadınlar üçün böyük əhəmiyyət daşıyır. Aile.lent.az dərisinə qulluq etməyi sevən xanımlar üçün ağ gildən hazırlanan fərqli maskalar təqdim edir.

Ağ gil, gillər arasında ən yumşaq olanıdır və həssas dərilər çox üçün uyğundur.

Ağ gilin dəriyə faydaları nələrdir?
Dərini nazikcə təmizləyərkən dəridəki qan dövranını yaxşılaşdırır.
Mükəmməl məsamə təmizləyicisidir.
Quru dərilər üçün ideal baxım təmin edir.
Təbii mineral artırıcıdır və yaşlanmanın qarşısını alır.
Dərini rahatladır, yumşaqlıq, parlaqlıq qazandırır.
Dərini toksinlərdən təmizləyir.
Maska – 1
2 yemək qaşığı ağ gili bir qaba əlavə edib 2 yemək qaşığı içməli suyu üzərinə əlavə edin. Bu qarışımı yumşaq fırça ilə üzünüzə vurun. 15-20 dəqiqə saxladıqdan sonra ilıq su və bir nazik parçanın köməyi ilə təmizləyin. Maskanı sildikdən sonra tonik və nəmləndirici vurun.

Maska – 2
1 çay qaşığı ağ gili qaba qoyun. Gilin üzərinə 1 çay qaşığı qabartma tozu və 1 yemək qaşığı qatıq əlavə edib qarışdırın. Qarışımı üzünüzə vurub tamamilə quruduqdan sonra ilıq suyla yuyun. Əgər maskanı vurarkən dərinizdə göynəmə hiss edirsizsə, dərhal yuyun.

Maska – 3
3 yemək qaşığı ağ gili bir qaba əlavə edin. Gilin üzərinə 2 damcı ərik yağı əlavə edib qarışdırın, sonra 3 damcı zeytun yağı əlavə edin. Krem halına gələnə kimi ilıq su əlavə edin. Üzünüzə vurub 10 dəqiqə saxlayın. Həftədə bir dəfə edin.

Maska – 4
1 çay qaşığı limon suyu, 1 çay qaşığı aspirin tozu, 1 çay qaşığı ağ gili bir qaba əlavə edib qarışdırın. Sızanaqların üzərinə vurub 20 dəqiqə sonra yuyun.

Maska – 5
2 yemək qaşığı ağ gillə 10 damcə ərik çəyirdəyi yağını qarışdırın. Yoqurt halına gələnə kimi az-az gül suyu əlavə ein. Qarışımı gözaltı, dodaqdan başqa bütün üzünüzə vurub 10-15 dəqiq danışmadan qurumasını gözləyin. Quruduqdan sonra ilıq suyla yuyun.

Ağ gil maskası vurmadan əvvəl dərinizi buxara verib yaxşıca təmizləyin.

Maskanı şüşə qabda hazırlayın və maskanın üzdə çox qurumasını gözləməyin.

Gözəllik və Moda     Baxılıb: 8168   Tarix: 18 iyun 2016
f Paylaş

Oxşar xəbərlər

.

50 yaşdan yuxarı qadınlara əlavə yaş qatır: bu 3 saç düzümünü etməyin

Saç düzümü insanı həm cavan göstərə, həm də əksinə – yaşlı göstərə bilər. Stilistlərin fikrincə, düzgün seçilməmiş saç modeli qadının xarici görünüşünə mənfi təsir edə bilər. Buna görə də saç kəsimi seçərkən diqqətli olma

.

Göz altındakı qara halqalar necə gizlədilir? - İPUCLARI

Göz altındakı qara halqalar bir çox insana tanışdır. Yuxu rejiminə əməl etməyə çalışsanız da, istirahətinizə mane olan amillər həmişə tapılır. Hətta bəzi günlərdə səkkiz saatlıq yuxu belə vəziyyəti düzəltmir – qara halqala

.

Dəri baxımının əsasları - MÜTƏXƏSSİS YAZIR

Dəri bədənimizin ən böyük orqanıdır və həm xarici amillərdən, həm də daxili vəziyyətdən təsirlənir. Ona düzgün qulluq etmək, sağlamlığını qorumaq və gözəlliyini artırmaq üçün vacibdir. Dəri baxımının əsasları yalnız kosmeti

.

Saçdakı ağ tellərə qarşı ev üsulu maska

Saçlarda ağ tellər zamanla hər bir qadında meydana çıxır və onları dərhal gizlətmək istəyi yaranır. Lakin salonda tez-tez rənglənmə, bəli, gümüşü saçları gizlədir, amma saçların sağlamlığını korlayır: tellər quruyur, sını

.

Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ

Qadın gözəlliyinin əsas elementlərindən biri saçlardır. Hər bir qadın istəyir ki, gur və parlaq saçları ilə daim diqqəti öz üzərinə çəksin. Amma bəzi səbəblərdən saçlar öz canlılığını itirir və tez-tez yumağımıza baxmayara

.

Sizi cavan göstərəcək makiyaj sirləri

Həddindən artıq yorğunluq və keyfiyyətli yuxunun olmaması görünüşünüzə mənfi təsir göstərərək, yaşınıza bir neçə il əlavə edə bilər. Bununla belə, makiyajdan düzgün istifadə üzünüzü əhəmiyyətli dərəcədə cavanlaşdıra bilər

.

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

Saçınız nazikdirsə, heç vaxt belə kəsdirməyin

Hansı saç düzümləri incə saçları daha az həcmli göstərir: niyə stilistlər gündəlik görünüşlərdə bu formalardan çəkinməyi məsləhət görürlər. Beləliklə, bu modelləri təqdim edirik:. İncə saçlar üçün hansı saç kəsimləri uyğu

turlar.az

yaz geyimleri 2026 qadın geyimi gelinlikler salatlarin bezedilmesi buga burcu 2026 şirniyyat bürclər gündəlik kosmetika balıq novruz bayramına aid hakışta novruz bayramına aid nizami gəncəvi big.az