Yaşlı insanlar üçün əvəzedilməz faydaları var
Qaragilə "pis" xolesterini azaldır, beynin qan dövranını yaxşılaşdırır və yaşlılarda yaddaş və diqqət pozğunluqları riskini azaldır.
Milli.Az-ın verdiyi məlumata görə, bu barədə Vyana Universitetinin "Wiener Kinderstudien Lab" laboratoriyasının alimləri elan ediblər. Tədqiqatın nəticələri "Nutrition Research" jurnalında dərc edilib.
Araşdırmada 60 yaşdan yuxarı, azhərəkətli həyat tərzi keçirən 55 nəfər iştirak edib. Onlardan bir qrupu gündə iki dəfə qaragilə tozlu içki, digərləri isə plasebo qəbul edib.
İçkidəki qaragilə miqdarı təxminən 1.5 stəkan təzə meyvəyə bərabər olub.
Nəticələrə görə, qaragilə qəbul edənlərdə "pis" xolesterin (LDL) azalıb, "yaxşı" xolesterinlə (HDL) bağlı "ApoA-I" zülalının səviyyəsində isə müsbət dəyişiklik baş verib.
Həmçinin onların bağırsağında qaragilənin güclü antioksidantları olan antosiyaninləri parçalaya bilən faydalı bakteriyaların sayı artıb.
Alimlər bildiriblər ki, qaragilə həm də C və K vitaminləri, manqan və liflə zəngindir. Bu maddələr immuniteti gücləndirir, sümük sağlamlığını və həzm sistemini dəstəkləyir - bu da yaşlılıqda sağlam qalmaq üçün vacibdir. /Oxu.Az
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi