Yay aylarında Azərbaycanda koronavirusun güclü dalğası gözlənilir - Gürcü ekspert

Yay aylarında Azərbaycanda koronavirusun güclü dalğası gözlənilir - Gürcü ekspertBiz pandemiya ilə mübarizə aparırıq və bu, qlobal məsələdir. Dünyada baş verən hadisələri, statistikanı izləmək lazımdır. Bu, hörümçək toruna bənzəyir - bir hissədə tərpəniş baş verirsə, sonra bütün şəbəkəyə yayılır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, hazırda Parisdə olan ictimai səhiyyə eksperti, Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyansın (GAVI) müşaviri və BMT baş katibinin keçmiş müşaviri, professor Georgi Pxakadze Oxu.Az-a müsahibəsində qeyd edib ki, hamı ümid edir ki, koronavirus "qəfil ölsün":
"Amma təəssüf ki, bu baş vermədi. İndi fırtınadan əvvəlki sükut hökm sürür, mən indiki vəziyyəti belə adlandırardım. Bölgəmizdə - Gürcüstan və Azərbaycanda, qardaş dövlətlərdə koronavirusa yoluxma hallarının növbəti dalğası çox tezliklə, iyun-iyul aylarında gözlənilməlidir.
Biz pandemiya ilə mübarizə aparırıq və bu, qlobal məsələdir. Dünyada baş verən hadisələri, statistikanı izləmək lazımdır. Bu, hörümçək toruna bənzəyir - bir hissədə tərpəniş baş verirsə, sonra bütün şəbəkəyə yayılır.
Baxın, indi Asiyada nələr baş verir. Çində COVID-19-a yoluxma halları artıb, onlar artıq nə edəcəklərini bilmirlər. Şanxay və Quançjou kimi şəhərlər tamamilə bağlanıb, Pekin də lokdauna doğru gedir.
Cəmi bir ay əvvəl Honkonqda epidemiya fəlakət həddinə çatdı. Ölənlər o qədər çox idi ki, yerli morqlarda yer qalmamışdı. Ölənləri soyuducularda saxlayırdılar. Və bu, yenə də təkrar edirəm, bir ay əvvəl idi. Üstəlik, Honkonq Vyetnam və Laos deyil, bu, güclü infrastrukturu və səhiyyəsi olan inkişaf etmiş bir şəhərdir.
Gəlin görək Afrikada nələr baş verir. İki həftədən çoxdur ki, orada yoluxma sayında artım var və hələ üç həftə əvvəl vəziyyət sabit idi.
İndi keçək Avropaya, burada əhalinin 80%-i beş yaşından başlayaraq, xüsusilə qeyd edirəm, protokol üzrə, əsas da xroniki xəstəlikləri olanlar üç, dörd, bəziləri isə beş dəfə peyvənd olunurlar. Bəs bizdə vəziyyət necədir? İndi sizinlə danışdığımız gün Parisdə 150 ​​nəfər koronavirusdan öldü. Bu, koronavirus xəstələrinin xəstəxanaya yerləşdirilmə səviyyəsinin yenidən yüksəldiyini göstərir".
Ekspert Cənubi Qafqaz regionunda yoluxmanın növbəti dalğasının yayda görünəcəyi barədə fikrini aşağıdakı formada əsaslandırıb:
"Baxın, hamı yorulub, hamı təmiz hava istəyir. İndi yazdır, tezliklə yay, tətil, çimərlik mövsümü başlayır. Ancaq koronavirus da pusqudadır. Gürcüstan və Azərbaycanda kifayət qədər peyvənd olunmamış insanlar var. Bundan əlavə, bir çoxları Çin peyvəndi ilə vaksinasiya olunub, hansı ki, xüsusilə də "Delta" və "Omikron" variantlarına qarşı çox təsirli olduğu sübut edilməyib. Bunu Sinqapur və Honkonq üzrə məlumatlar göstərib.
Eyni zamanda, Şərqi Avropada əhalinin əksəriyyəti koronavirusu asimptomatik formada keçirib. Əhalinin immun müdafiəsi var. Amma bizdə tam vaksinasiya olmadı və bu isə çox vacibdir.
Bu məsələdə mən həmişə Türkiyəni misal çəkirəm. Türkiyə Cümhuriyyəti hökuməti çox düzgün qərar verdi. Onların Çin peyvəndi var idi, lakin sonra "BioNTech"-"Pfizer"ə keçdilər. Türkiyə vətəndaşlarının təxminən 90%-i "Pfizer"lə peyvənd olunub. Çoxları beş doza vurdurub - iki Çin istehsalı, sonra üç "Pfizer". Türkiyə çox düzgün addım atdı, ondan nümunə götürməliyik".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1259   Tarix: 13 may 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

adlarin menasi reseptler kosmetika mehsullari ev dizaynlari yataq otagi varikozun mualicesi yeni geyimler 2026 saç kəsimləri kosmetika hakista sozler xərçəng bürcü novruza aid hakisda google baliq