Yay gələn kimi ağcaqanad dərdi də gəlir
Yay aylarında ağcaqanadların olması insanları narahat edir.
Xüsusilə, allergiyası olan insanlar bu kimi həşəratların onları dişləməsindən narahatdır.
Çünki bəzi heyvanlar insan üçün təhlükəlidir və ölümə səbəb olur.
Milli.Az xəbər verir ki, pediatr Mətanət Əliyevə hit.az-a deyib ki, ağcaqanad dişləməsinə qarşı daha çox uşaqlar həssas olurlar, çünki dəriləri daha incədir. Ağcaqanad dişləyəndə allergiya əleyhinə xüsusi mazlardan istifadə etmək olar ki, qızartı və şişkinlik tez bir zamanda sağalsın:
"Ağcaqanad, milçək - ən çox qan sovuran həşəratlar hesab edilir. Ən təhlükəlisi malyariya və digər xəstəlikləri daşıya bilən ağcaqanad dişləmələridir. Bu həşəratların dişləməsi zamanı həmin yerdə şişkinlik yaranır, qaşınma, yanma hissi və qızartı görünür. Həssaslıq artdıqca dərinin digər yerlərində səpkilər və qaşınmalar şəklində allergik reaksiyalar verir.Bir çoxları əhəmiyyət vermədən həmin yeri qaşıyır. Lakin qaşınmamalı, əvəzində spirt, soda ilə yuyulmalıdır. Onu da deyim ki, ağcaqanad dişləyəndə çox həssas orqanizmlərdə aşırı reaksiyalar görə bilirik. Dişlədiyi yer bərkiyir, qızarır, şişir, hətta infeksiya yaradır. Bu zaman yerli olaraq hidrokortizon məlhəm və fenistil gel istifadə edilməlidir".
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi