Yaz aylarında yuxunun pisləşməsinin SƏBƏBİ
Yaz aylarında yuxuya getmək daha çətindir və yuxu daha narahat olur.
Milli.Az xəbər verir ki, bunu psixoloq Natali Dautoviç deyib.
Mütəxəssisin fikrincə, yuxunun keyfiyyətinə bir çox ekoloji faktorlar təsir edir. O aydınlaşdırıb ki, yaz aylarında gündüz saatlarının uzunluğu artdıqda, bayırda və evdə havanın temperaturu yüksəldikdə tez-tez yuxu problemləri yaranır.
Psixoloq izah edib ki, orqanizmin yeni şəraitə uyğunlaşması üçün vaxt lazım ola bilər:
"Vücudumuz rutini sevir. Yuxu-oyanma dövrü ardıcıllığa çox həssasdır, ona görə də istənilən dəyişiklik pozucu ola bilər".
Psixoloq qeyd edib ki, yazda yuxunun pisləşməsi çiçək açan ağacların yaratdığı allergik reaksiyaya görə baş verə bilər. Onun sözlərinə görə, səbəb həm də rejim dəyişikliyi ola bilər. O vurğulayıb ki, isti mövsümdə insanlar adətən gec yatırlar. /E-saglam.az
Milli.Az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Zehni rahatlıq üçün bu qaydalara əməl edin
Dişlərin yenidən çıxmasını təmin edən dərman sınaqdan keçirildi
Bu yay plastik pipetdən istifadə etməzdən əvvəl iki dəfə düşünün
Serdar Ortaçın vəziyyəti pisləşdi
Flora Kərimova xəstəxanaya yerləşdirilib
Bunları edin, gün boyu enerjili QALIN
O qədər imkanı var, məndən pulsuz bilet istəyir
Bozo' Bakıda - FOTOLAR
Su içmək üçün ən doğru vaxtlar
Səhhəti ilə bağlı iddialara cavab verdi