Yazda necə qidalanmalıyıq? – DİETOLOQ TÖVSİYƏSİ

Yazda necə qidalanmalıyıq? – DİETOLOQ TÖVSİYƏSİYaz fəslinin gəlməsinə sayılı günlər qalıb. Artıq günlər uzanıb, hava isinir. Sözsüz ki, təbiətdə olan dəyişiklik orqanizmdə də dəyişikliklərə səbəb olur. Buna el arasında "oyanış dövrü" də deyilir. Orqanizmdə olan sabitlik tamamilə dəyişir. Bəs bu dövrdə necə qidalanmaq lazımdır?

Xanim.az lent.az-a istinadən xəbər verir ki, dietoloq Leyla Zülfüqarlının dediyinə görə, qışda melatonin adlanan yuxu hormonunun çoxalması səbəbindən seratonin, yəni xoşbəxtlik hormonu azalır. Bu zaman isə insan yatmaq istəyir, bir çoxları halsızlıq, yuxusuzluq yaşayır, hətta depressiyaya düşür. Sanki passivləşmə baş verir. Nəticədə insan kökəlməyə meylli olur: "Yazda xoşbəxtlik hormonunun artması ilə insanlar gülməyə, sevinməyə, özünü xoşbəxt hiss etməyə köklənir. Qışdan yaza çıxan adamın metobalizmasında da dəyişiklik olur. Bu zaman tarazlığı idarə edə bilməyən müəyyən insanlar kökələ bilərlər. Yaz gəldikdə artıq qışdakı kimi qidalanmamalıyıq".

Dietoloqun sözlərinə görə, yazda orqanizm vitamin və mineralların qəbul olunmasını başqa şəkildə tələb edir. Bu baxımdan daha çox B qrup vitaminlərə ehtiyac olur: "B qrup vitaminləri əsasən dənli bitkilərdən əldə edə bilərik. "Bahar sindromu" yaşayan insanların buna daha çox ehtiyacı olur. Bu insanlar B qrup vitaminlər qəbul edərkən özlərini xoşbəxt hiss edir. Həmin insanlarda yaranan gərginliklərin aradan qalxmasını da müşahidə edirik".

Yaz mövsümünün vacib elementlərindən biri də meyvə-tərəvəzlərdir. L. Zülfüqarlı təzə yetişmiş meyvə-tərəz yeməyi vacib hesab edir: "Bununla yanaşı, qatıq, süd gündəlik qida rasionumuzun əsasını təşkil etməlidir. Sözsüz ki, qəbul edəcəyimiz maye də əhəmiyyətlidir. Yaz-yay aylarında maye qəbulu artırılmalıdır. Bu zamansa təmiz, saf su aktuallığını qorumalıdır".

Xəbərlər     Baxılıb: 2251   Tarix: 04 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

turlar.az

qadin sayti geyim şəkilləri maskalar əməliyyatlar maraqli sekiller vətən haqqında inşa ana südü artırmaq kosmetika qaynana vidyolar efsaneler gunay vətənə aid bayatı