Yəhudi professor bu yolla koronavirusu MƏHV ETDİ - VİDEO

Yəhudi professor bu yolla koronavirusu MƏHV ETDİ - VİDEO"Antibiotiklər və peyvəndlər sayəsində mikroblarla mübarizə aparmağı öyrəndik. Ancaq viruslar daha mürəkkəbdir. Virus müstəqil orqanizm deyil, hüceyrəyə daxil olduqda canlanan DNT və ya RNT parçasıdır. Kompüterə qoşulmadan heç bir fəaliyyət göstərməyən, amma qoşulduqda ona virus salan fləşkart kimidir".
xəbər verir ki, bu sözləri 25 ildir ki, psixosomatika problemləri ilə məşğul olan İsrail Universitetinin professoru Rav Eli Talberq koronavirus pandemiyasından danışarkən deyib. Onun sözlərinə görə, virusların ştammlarının sayı mikroblardan çoxdur və daha sürətli mutasiya edirlər:
"Odur ki, qripə qarşı peyvənd yalnız mövsümdə ən populyar olan bir neçə ştamma qarşı təsirli olur. Peyvənd sağlam insana xəstəliyi asan keçirməyə kömək edir, amma digər ştammların xəstələnməsinin qarşısını almır".
Talberqin fikrincə, koronavirus ağciyər fibrozu və sətəlcəmə səbəb olduğu üçün təhlükəlidir:
"Fibroz zamanı ağciyərin içərisində bir-birindən fərqli yerlərə nüfuz edən birləşdirici toxuma bağları meydana gəlir. İçəridən bağlanan belə bağlar ağciyərlərin açılmasına imkan vermir, odur ki, qaz mübadiləsi kəskin azalır. Bundan əvvəl bədəndə yaşayan bakteriyalar ağciyərlərin ikinci iltihabına səbəb olur, insan boğulmağa başlayır. Bədənin virusu öldürməsi, sətəlcəm xəstəliyini məğlub etməsi, fibroz iplərin tədricən qırılması üçün temperatur yüksəlir. Problem ondadır ki, koronavirusda temperatur fibroz artıq əmələ gəldikdə yüksəlir. Süni tənəffüs aparatına qoşulma əvvəlki gücünü qaytarmaq ümidilə həyat mübarizəsinin mərhələsini uzadır".
Talberqin təklif etdiyi həll yolu professor Zalmanov və onun davamçılarının fiziologiya, patologiya haqqında məlumatlarına, eyni zamanda klinik təcrübəsinə söykənən dərin biliyə əsaslanır. Onun məqsədi temperaturu süni şəkildə qaldıraraq bədənin qalib gəlməsinə yardım etməkdir. Söhbət döş qəfəsinin sarınmasından gedir. Dərin isitmə təkcə hüceyrələrarası məkanda olan virusları məhv etmir, həm də alveollarda qaz mübadiləsini gücləndirir və fibroz yapışmaları məhv edir. Professor Zalmanov isti sarğılarla bronxit, sətəlcəm, traxeit, hətta ağciyər vərəmini müalicə edirdi.

"Kiyevdəki hərbi klinikada işlədiyim zaman professor Zalmanovun kapilyar terapiyası ilə tanış oldum. Bu metod mənə və çox sayda insana sətəlcəmdən sağalmağa kömək etdi", - deyə yəhudi həkim açıqlamasında qeyd edib.
Proseduru həkim ətraflı izah edib:
- Bir yorğan götürün, üç-dörd qat qatlayın.
- Böyük dəsmalı qatlayıb yorğanın üstünə qoyun.
- Kiçik dəsmalı da qatlayın. Uzunluğu elə olmalıdır ki, döş qəfəsini tamamilə örtsün (qoltuqdan aşağı qabırğaya qədər).
- Kiçik dəsmal qatlayın, 60 dərəcəlik temperaturda suya batırın, bir az sıxın, sərin və tez şəkildə xəstəni bürüyün.
- Bürüyün və tək buraxın.
Yoluxmuş şəxsin müalicə rejimi: 20 dəqiqə nəm isti, sonra yorğan və dəsmal alınır, 40 dəqiqə yataq rejimində istirahət. Bu prosedur üç gün, gündə bir dəfə həyata keçirilir. Üç günlük fasilədən sonra kursu təkrarlayın.
Ağır xəstə üçün sxem: 30 dəqiqə, gündə iki dəfə və həkim nəzarəti altında.
İsitmə sarğılar hamilə qadınlar və dəri xəsarətləri olan insanlar üçün tövsiyə edilmir.
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 2510   Tarix: 13 aprel 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

turlar.az

qis geyimləri 2026 geyim və ayaqqabılar geyim necə seçməli doğuş sonrası seks intim haqda həkim məsləhəti illik bürclər kosmetika qurd ve quzu veten zehmet ve zinet sac duzumleri nizami gencevi