Yeməkdən dərhal sonra duş qəbul edənlərə xəbərdarlıq
Nə vaxt və necə duş qəbul etdiyimiz sağlamlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Yanlış zamanda və yanlış şəkildə duş qəbul etmək xeyirdən çox zərər verə bilər.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu nəticəyə mütəxəssislərin apardığı araşdırmalar əsasında gəlinib.
Mütəxəssislərin sözlərinə görə, yeməkdən dərhal sonra duş qəbul etmək orqanizmə bəzi zərərlər verə bilər. Ona görə də bu məqama diqqət yetirmək lazımdır.
Yeməkdən dərhal sonra duş qəbul etməyin sağlamlıq riskləri isə aşağıdakılardır:
Həzmi ləngidir - Yeməkdən dərhal sonra duş qəbul edildiyi zaman suyun təsiri ilə qanın mədə ətrafından bütün bədənə yayılması baş verir. Bu da nəticədə həzm prosesini ləngidir və bəzi problemlərin yaranmasına səbəb olur.
Qəbizliyə səbəb olur - Bədəndə qəbizlik və həzmsizlik kimi problemlərə gətirib çıxara bilər. Bu problemlərlə yanaşı, bədən çəkisinin artmasına da səbəb ola bilər.
Bədənin istiliyini aşağı salır - Bədəninizin istiliyi düşməyə başlayır, bu da həzm prosesini ləngidir. Həmçinin, həzm prosesinin yavaşlaması səbəbindən uzun müddət aktiv qalan mədə turşusu mədə yanması kimi narahatlıqlara yol açır.
Çəki artımına səbəb olur - Yeməkdən dərhal sonra duş qəbul etmək həzmi ləngitdiyi üçün kökəlməyə və çəki artımına səbəb olur. Həmçinin, sızanaqların əmələ gəlməsi və xəstəlik riskini artırır. Eyni zamanda, sinədə ağrılı yanma hissi də yaradır.
Milli.Az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qadınları orqazma çatdıran 7 seks pozası
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR
10 yaşlı oğluna 1,6 milyon dollarlıq Ferrari hədiyyə etdi
Asılılıqdan qurtulmaq üçün milyonlar xərclədi
Bahalı saatı gündəm oldu
Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA
İki dəfə boşanan aktyordan etiraf: 'Övladlarım yumorla yanaşır
Səhnədən biznesə: Ulduzlar nədən pul qazanır?