Yeməyinizə bu dadlı ədviyyatı qatsanız, ağız qoxusundan həmişəlik azad olacaqsınız!

Yeməyinizə bu dadlı ədviyyatı qatsanız, ağız qoxusundan həmişəlik azad olacaqsınız!Zaman-zaman bəzi insanlarda ağızda yaranan xoşagəlməz qoxular narahatlığa səbəb olur. Belə ki, ağız qoxusu hər kəsin ağzında olan gündəlik bakteriyaların yığılması nəticəsində yaranan qoxudur.

SaqlamHeyat.az xəbər verir ki, patoloji ağız qoxusu isə ətrafdan hiss ediləcək dərəcədə olur. Ağız qoxusu lokal və sistemik xəstəliklər səbəbiylə də ortaya çıxır.

Ağızdakı çürük dişlər, plomblar, köhnəlmiş örtmələr, dil üzərində yığılmış mikroorqanizmlər və yaranan faringit lokal səbəblərə aiddir.

Bağırsaq, mədə, qaraciyər xəstəliklərindən yaranan ağız qoxusu sistemik səbəblərə aiddir.

Ağız qoxusundan xilas olmaq üçün ilk növbədə dişlərə xüsusi qulluq etmək, dişarasında olan qida qalıqlarını və dili təmizləmək vacibdir.

Çoxlu su içmək ağız boşluğunun nəm saxlanmasına və dil üzərində qalan qida qalıqları və bakteriyiların yuyulub aparılmasına kömək edir.

Ən azı ildə iki dəfə diş həkimində profilaktik müayinədə olmaq da lazımdır. Gün ərzində nanəli konfetlərdən istifadə etmək ağızda yaranan pis qoxunun qarşısını alır.

Bəzi xəstələr qarqara və nanəli şəkər ilə ağız qoxusunu tam həll edə bilmirlər. Qarqara təsiri keçdiyində ağızdakı qoxu davam edir.

Ağızdan gələn pis qoxunun necə qarşısını alaq?

1) Diş və diş ətlərini qorumalı;
Diş çürükləri, diş əti iltihabları ağız qoxusunun ən önəmli səbəblərindəndir. Ağız daxilində hər hansı infeksiya bakteriya artırdığı üçün daima ağız qoxusuna səbəb olur. Bunun üçün də diş və diş əti xəstəliklərini aradan qaldırmaq lazımdır.

2)Ağızda olan protezləri daim yoxlatmalı;
Ağız daxilində köhnəlmiş diş protezləri get-gedə qida maddələrini özündə toplayır və bu da pis qoxuya səbəb olur. Belə olduqda təzələnməsi lazım olan şeylər təzələnməli və diş olmayan yerlər isə lazimi müalicə olunmalıdır.

3) Diş ipi istifadə etməli;
Diş ipi sayəsində fırçanın çıxara bilmədiyi bakteriyalar və qida qalıqlarını dişlərin arasından çıxarmaq olar. Xüsusilə, diş gövdələri arasındakı sıx yerlərdə toplanan qida qalıqları sürətlə bakteriyanın çoxalmasına səbəb olur.

4) Darçın istifadə etməli;
İçdiyimiz və yediyimiz şeylərdə uyğun olaraq darçın istifadə edə bilərik. Darçın ağız boşluğunda olan bakteriyalarla mübarizədə önəmli rol oynaya bilən ədviyyatdır. Darçınlı, şəkərsiz saqqız istifadə etmək də xeyirli ola bilər.
5) Daha çox su içməli;
Su ağız boşluğundakı bakteriyaların minimuma endirilməsinə kömək edir.

6) Heç vaxt burnunuz tutulu yatmamalı;
Burun tutulması ağızla nəfəs almamıza səbəb olur. Bu hal ağız və boğazımızı qurudaraq bakteriyalar üçün ideal şərait yaradır.

7) Şəkər istifadəsini azaltmalı;
Həddən artıq şəkər istifadə etmək diş çürüklərinə və ağız xəstəliklərinə səbəb olur.

8) Loxmaları yaxşı çeynəməli;
Belə etdikdə ağız suyu ilə qida normal qarışır və ağızda qida qalığının qalmasının qarşısını alır.

9) Saqqız çeynəməli;
Şəkərsiz saqqız çeynəmək ağız boşluğunda ağız suyunu çoxaldaraq, ağız təmizliyinə səbəb olur.

10) Siqaret çəkməməli;
Siqaret çəkmək ağızın quruluğuna səbəb olduğundan ağız qoxusuna səbəb olur. Eyni zamanda digər bir ağız qoxusuna səbəb olan diş əti xəstəliklərinə zəmin yaradır.

Sağlamlıq     Baxılıb: 10697   Tarix: 05 sentyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

turlar.az

toy gecesi geyim şəkilləri makiyaj etmek qaydalari həyat tərzi mayasiz pizza xemiri terxun kompotu sidik yolu infeksiyasi kosmetika heyati gunay qaynanaya aid seksual qardasa aid haxistalar