Yeni növ koronavirusa yoluxanların 80 faizində nevroloji əlamətlər özünü göstərir

Yeni növ koronavirusa yoluxanların 80 faizində nevroloji əlamətlər özünü göstərirArtıq on aydır ki, yeni növ koronavirus (COVID-19) infeksiyası qorxulu kabus kimi həyatımıza daxil olub. Dünyanı dolaşan təhlükəli infeksiya ilə mübarizə aparmaqla yanaşı, öz həyat tərzimizi də ona uyğunluşdırmalıyıq.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-kardioloq Tamilla Əliyeva risk qrupuna daxil olanların COVID-19 virusundan necə qorunması haqqında deyib: "Payız-qış aylarında digər respirator xəstəliklər kimi, COVID-19 infeksiyasının da geniş yayılacağı gözlənilən idi. Mövsüm xəstəlikləri payızdan qışa keçən dövrdə artdığına görə COVID-19-a yoluxanların sayı hər yerdə olduğu kimi, ölkəmizdə də kəskin surətdə artıb. Ona görə yanaşı xəstəlikləri olanlar daha diqqətli olmalıdırlar. Belə ki, hər hansı yanaşı xəstəliyi, məsələn, hipertoniya, şəkərli diabet, böyrək çatışmazlığı, ürək-damar xəstəlikləri, ürək çatışmazlığı, bronxial astma, tənəffüs yolları, qaraciyər, ağciyər, onkoloji və mədə-bağırsaq xəstəlikləri olanlar koronavirusa yoluxarsa, bu, daha ağır fəsadlarla nəticələnə bilər. COVID-19 infeksiyası mərkəzi sinir sistemi və beyində bir çox problemlərin də yaranmasına, ensefalopatiya, insult və digər nevroloji ağırlaşmalara gətirib çıxara bilər. Yeni növ koronavirusa yoluxanların 80 faizində nevroloji əlamətlər bu və ya digər formada özünü göstərir. Öskürək, yüksək temperatur və nəfəs almaqda çətinlik çəkmək kimi əlamətlərlə müşahidə olunan həmin xəstəliyi yaşlı və yanaşı xəstəlikləri olanlar daha ağır keçirir və bu, onların həyatı üçün ciddi təhlükə yaradır".
Həkim-kardioloq daha sonra deyib: "Ümumiyyətlə, yaşı 70 yaşdan yuxarı olanlar onsuz da risk qrupuna daxildir. Yanaşı xəstəlikləri olanlar arasında isə gəncləri də görmək olur. Ona görə də onlar özlərini daha ciddi qorumalı, ara məsafə saxlamalı və özlərini təcrid etməlidirlər. Risk qrupuna daxil olan xəstələr özlərində koronavirus əlamətləri hiss edən kimi yubanmadan həkimə üz tutmalıdırlar. Xəstəliyi qrip hesab edib özünümüalicəyə üstünlük vermək və tezliklə ötüşəcəyini gözləmək olmaz, çünki, bu qrip olmayıb, yeni növ koronavirus ola bilər. COVID-19 infeksiyasını hər kəs fərqli keçirir, müalicə də fərqli olur. Mütləq vaxtında həkimə müraciət edilməlidir ki, müalicəyə başlanılma gec olmasın. Tutacaqlarda, qapılarda və digər səthlərdə virusun uzun müddət qaldığını nəzərə alaraq, əlləri gözə, ağıza və buruna toxundurmaq olmaz".
O, fikrini belə yekunlaşdırıb: "Virusun tezliklə öz-özünə çıxıb gedəcəyini gözləmək lazım deyil. Üç qızıl qaydaya - maskadan istifadə, əllərin tez-tez yuyulması və ya spirtlənməsi, ara məsafənin saxlanılmasına ciddi riayət etməklə koronavirus riskini xeyli azaltmaq mümkündür".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1369   Tarix: 11 dekabr 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

turlar.az

qadin dunyasi makiyaj etmek qaydalari toy makiyaji sekilleri tanınmış qadınlar is qurmagin yollari bayatilar xinayaxdi ucun pizza reseptləri kosmetika gozellik hesaplama birlik baldıza aid hakışta qiz burcu