Yenicə toyu olan məşhurdan GÖZLƏNİLMƏZ QƏRAR! Efirdən getdi - FOTO
Aparıcı Kamran Quliyev İTV-dəki işindən ayrılıb.
Axşam.az-ın məlumatına görə, bu haqda o, əməkdaşımızla söhbətində deyib.
Kamran getməyinin səbəbini də açıqlayıb:
"Artıq 1 aydır ki, işdən çıxmışam. Qarşılıqlı danışma, razılaşma yolu ilə belə addım atdım. İctimai kanalda maraqlı layihələr etdim. Amma izlənmədi. Həmin verilişləri hansısa baxımlı kanalda etsəydim, indi küçədə məni tanımayan olmayacaqdı".
K.Quliyev yeni mövsümdə efirdə fərqli bir formatda verilişlə görünəcəyini söyləyib:
"Artıq proqramlarım sahibi olduğum "KA Media" prodakşında hazırlanacaq. Burada şərt deyil ki, aparıcı kimi mən görünüm. Daha səviyyəli, maraqlı iki veriliş gəlir. Əvvəl düşünürdüm ki, sentyabrda efirə çıxım. Amma daha keyfiyyətli layihə əldə etmək üçün proqramım bir az gec təqdim olunacaq".
Qeyd edək ki, Kamran 9 ildir İTV-də çalışırdı.











Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin