Yeniyetmələrdə sızanaqlar

Yeniyetmələrdə sızanaqlarSızanaqlara ən çox yeniyetməlik dövründə rast gəlinir. Üzdə, boyunda, bəzən sinə və kürəklərdə əmələ gələn bu sızanaqlar kosmetik görünüşü korladığına görə, daima gəncləri narahat edir. Sızanaqlara ən çox yeniyetmələrdə rast gəlindiyi üçün bu xəstəliyə yeniyetmə xəstəliyi də deyilir. Bəs bunların əmələ gəlməsinin səbəbi nədir?
Sızanaqlar tük dibindən qopmuş dəri kəpəyinin piy vəzinin axarının tutması nəticəsində əmələ gəlir. Bu zaman xaricə axmaq istəyən piy toxuması dərinin alt təbəqəsində yığılıb qalır və şişkinləşib papula əmələ gətirir. Bir müddət sonra papula partlayır və içindəkilər xaricə axır. Bəzi hallarda papulalar dəri altında iltihablaşır və pustula əmələ gətirir. Bu zaman sızanaq ağrılı olur.
Papulalar dəri altında bir müddət qaldıqdan sonra dərinin üstünə çıxır. Bəzi insanlar papulaların çıxmasını sürətləndirmək məqsədi ilə özləri dərini sıxırlar. Bəzi hallarda isə papulalar dərialtı piy toxumasına yayılaraq piy vəzlərinin funksiyasını korlayırlar. Bu zaman dəri altında piy vəzilərinin içərisində piy yığılıb qalır və xırda kisəciklərə dönür. Kisəciklər isə bir müddət sonra dəri altında bir-birinə yol açır və dərinin üst təbəqəsində xoşagəlməz izlər yaradır.
Bu cür sızanaqlar müalicəyə çətin tabe olur və uzunmüddəti müalicə tələb edir. Belə sızanaqlar sağaldıqdan sonra dəridə çapıq toxumanın əmələ gəlməsinə səbəb olur. Əksər hallarda isə üzdə xoş olmayan görüntüyə görə yeniyetmələrdə əsəb sistemi xəstəliklərinin əmələ gəlməsinə səbəb ola bilir.
Adətən yeniyetmələrdə əmələ gələn sızanaqların müalicə olunması məsləhət sayılmır. Əsas müalicə dərinin təmiz saxlanılması, aseptika və antiseptika qaydalarına əməl etməkdən ibarətdir. Dərisində sızanaqlar olan adamlara aseptik sabunla yuyunmaq, dərini tez-tez aseptik məhlullarla silmək və kükürdlü mazlardan istifadə etmək tövsiyə edilir.
Dəridə olan sızanaqları və ya papulaları əllə sıxmaq olmaz!
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1589   Tarix: 24 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

qaşların formalari gozel gorunmek qadin dunyasi zorlama aysel əlizadənin toyu bolqar biberinin faydasi xiyar tutması kosmetika arıqla faydalı məsləhətlər şəhid uzeyir hacibeyli maraqli hakistalar