Yerkökünün faydası

Yerkökünün faydasıYerkökü ən faydalı tərəvəzlərdən biri sayılır. Yerkökü beta-karotinin miqdarına görə tərəvəzlər arasında birinci yerlərdən birini tutur.
Beta-karotindən insan orqanizmində A vitamini sintez olunur. Bu vitamin orqanizmin bir çox orqan və sistemlərinin normal fəaliyyətində böyük rol oynayır. Belə hesab olunur ki, 2 orta ölçüdə yerkökü orqanizmi A vitaminin gündəlik norması ilə təmin edir. A vitaminin daha yaxşı mənimsənilməsi üçün yerkökünü bitki yağı ilə (məsələn, salatlar tərkibində) qəbul etmək lazımdır.
Məhz A vitaminin çox olmasına görə yerkökü görmə üçün olduqca xeyirlidir. Bu vitaminin çatışmazlığı toyuq korluğu və digər göz xəstəliklərin inkişafına təkan verə bilər.
Elmdə sübut olunub ki, beta-karotin onkoloji xəstəliklərin inkişafının qarşısını alır. Bu səbəbdən beta-karotinlə zəngin olan yerkökünün daim qəbulu xəsrçəng xəstəliklərin effektli profilaktikası sayıla bilər.
Yerkökü həmçinin ürək-damar sistemi üçün də xeyirlidir. Yerkökü kalium elementi ilə zəngindir. Bu element isə ürək-damar sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir.
Yerkökü sellülozla zəngindir və bu səbəbdən mədə-bağırsaq sistemi üçün çox xeyirlidir. Sellüloz həm mədə-bağırsaq sistemini yaxşı təmizləyir, həm də burada xeyirli mikrofloranın əmələ gəlməsinə kömək edir (sellüloz xeyirli bağırsaq mikroflorası üçün qidadır).
Yerkökü antioksidant xüsusiyyətlərinə malikdir - orqanizmi cavanlaşdırır, qocalma və dağılma proseslərin qarşısını alır.
Yerkökü hamilə və uşaq əmizdirən qadınlar üçün xüsusilə xeyirlidir.
Yerkökü dərinin qocalmasının qarşısını alır. Bu səbəbdən yerkökü kosmetologiyada cavanlaşdırıcı kremlərin, maskaların və s. vasitələrin tərkibində istifadə olunur. Ev şəraitində də bu tərəvəzdən çox xeyirli maskaları düzəltmək olar: 1 orta ölçüdə yerkökü sürtgəcin ən kiçik gözündən keçirilir, 1 xörək qaşığı zeytun yaşı, və 1/2 limonun şirəsi əlavə olunur və yaxşı qarışdırılır. Maskanı təmiz üz dərisinə çəkin və 20 dəqiqədən sonra yuyun. Yerkökü ilə olan maskalarda süi-istifadə etməyin - dəriniz tündləşə bilər.
Yerkökü şirəsi da çox xeyirlidir - iştahanı yaxşılaşdırır, yorğunluğu azaldır, sinir sistemini möhkəmləndirir, anemiya (qanazlığı) zamanı təbii müalicəvi vasitə kimi istifadə olunur, qara ciyərin, mədəaltı vəzinin, öd kisəsinin fəaliyyətini yaxşılaşdırır.
Yerkökü immun sisteminə də müsbət təsir edir, orqanizmin viruslara qarşı olan davamlılığını artırır.
Yerkökü və yerkökü şirəsi uşaqlar üçün çox xeyirlidir.
Parlaq narıncı rəngində olan yerkökü xeyirli sayılır.
Nəzərinizə çatdıraq ki, yerkökü allergiyaya səbəb ola bilər və bəzi mədə-bağırsaq sistemi xəstəlikləri zamanı onun qəbulu tövsiyə edilmir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1379   Tarix: 20 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Beynimiz bu yaşdan sonra KİÇİLİRMİŞ

İnsan beyninin 30 yaşdan etibarən kiçilməyə başladığı açıqlanıb. xəbər verir ki, bu barədə nevrologiya üzrə mütəxəssis Mustafa Seçkin bildirib. Onun məlumatına görə,  "Alzheimer" və demensiyadan qorunmaq üçün "kogniti

.

Orqanizm üçün ən faydalı içki hansıdır?

Orqanizmin sağlam fəaliyyəti üçün su ən vacib maye hesab olunur. Su həm həzmi yaxşılaşdırır, həm də mədənin normal işləməsinə kömək edir. xəbər verir ki, bəzi süd məhsulları və ayran da mədə üçün faydalı ola bilər. Xüsusil

.

Çörəyi klokun içinə qoymazdan əvvəl bir daha düşünün

Süfrələrin əvəzolunmazı olan çörəyi təzə saxlamaq üçün ən çox müraciət edilən üsul - yəni onu plastik torbaya qoymaq - əslində ən böyük səhvlərdən biridir. Praktik görünsə də, bu üsul çörəyin həm toxumasını, həm də dad keyfiyyətin

.

Qiyməti balıqdan qat-qat ucuz, faydası isə eyni

Yay mövsümünün faydalı göyərtilərindən olan pərpətöyün yüksək Omeqa-3 tərkibinə görə "torpağın balığı" adlandırılır. xəbər verir ki, bu bitki ürək-damar sağlamlığını dəstəkləyir, immuniteti gücləndirir və aşağ

.

"Hantavirusla bağlı təsdiqlənmiş müalicə və ya peyvənd yoxdur"

Avropa Dərman Agentliyi (EMA) hantavirusla bağlı narahatedici açıqlama yayıb. xəbər verir ki, agentlik bildirib ki, hazırda hantavirusa qarşı təsdiqlənmiş peyvənd və ya xüsusi antiviral müalicə mövcud deyil. Müalicə əsasə

.

Bazarda satılan bu məhsullar ağır xəstəliyə səbəb ola bilər

Mövsümündən əvvəl satışa çıxarılan ərik, gilas, qarpız kimi məhsulların keyfiyyəti və sağlamlıq baxımından nə qədər təhlükəsiz olduğu məsələsi tez-tez müzakirə edilir. Bəs ilin bu vaxtında satılan bu meyvə və giləmeyvələr

.

Göbələk yığanların nəzərinə: Saplağındakı o detal həyatınızı xilas edə bilər

Dr. İbrahim Türkekul, zəhərli "Hörümçək göbələyi" (Cortinarius) barədə xəbərdarlıq edib. Bu növün yeyilən "Mavi cincilə" (Lepista nuda) göbələyi ilə çox bənzər olduğunu bildirən mütəxəssis mühüm bir fərq

.

Mətbəxdən gələn gözəllik: Maya maskası ilə dərini yeniləməyin sirri

Son illərdə bahalı kosmetik prosedurlara alternativ axtaranların diqqət mərkəzində olan bir vasitə var: Maya. Bir çox insanın sadəcə xəmir işlərində istifadə etdiyi bu canlı göbələk növü, əslində dəri üçün əvəzedilməz bi

.

Çatlayan dabanlardan belə qurtulun

Çatlayan dabanlar bir çox insanın xüsusilə yay aylarında qarşılaşdığı narahat problemlərdən biridir. Mütəxəssislər bildirirlər ki, dərinin quruması, uzun müddət ayaqüstə qalmaq, düzgün olmayan ayaqqabı seçimi və orqanizmd

turlar.az

yay kolleksiyasi makiyaj instagram kosmetika mehsullari cagatay ulusoy böyürtkənin faydaları maraqli pecenyeler 2026 burcler kosmetika baldıza aid hakışta burclerin uyumu tapmaca badambura kondom nedir