Yevlaxda BİABIRÇILIQ! Kirayə qaldıqları evi fahişəxanaya çevirdilər

Yevlaxda BİABIRÇILIQ! Kirayə qaldıqları evi fahişəxanaya çevirdilərƏxlaqsızlıq yuvası saxlamaqda təqsirli bilinən Yevlax rayon sakini, 1967-ci il təvəllüdlü Əskinaz Kərimovanın və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qadinsayti.az xəbər verir ki, Əskinaz Kərimova bundan əvvəl də məhkumluq həyatı yaşayıb. O, xuliqanlıq etdiyi üçün Yevlax rayon Məhkəməsində mühakimə edilib.

İlk məhkumluq

Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunan Əskinaz Kərimova Yevlax Rayon Məhkəməsinin 20 noyabr 2014-cü il tarixli hökmü ilə aylıq qazancından 10 faiz dövlət nəfinə tutulmaqla, 1 il 6 ay müddətə islah işləri cəzasına məhkum edilib. O, məhkumluğu ödənilmədən və ya üzərindən götürülmədən yenidən cinayəti törədib.
Əskinaz Kərimova həmyerliləri Cəmilə Şəfiyeva və digərləri ilə qabaqcadan əlbir olaraq gəlir əldə etmək məqsədi ilə Leyla Babayevanın (ad və soyad şərti verilib) kişilərlə cinsi əlaqədə olmasına şərait yaradıblar.

Kirayə qaldığı evi əxlaqsızlıq yuvasına çevirdi

O, Leyla Babayeva ilə müştərilərdən əldə edilən gəliri aralarında yarı böləcəyi barədə razılaşıb.
Əskinaz Kərimova 2014-cü il mayın əvvəllərindən həmin il avqustun sonlarınadək yaşadığı Yevlax şəhəri, Q.Məhərrəmov küçəsi, ev 5 ünvanında öz tanışı olan kişi müştəriləri ilə pul ödənişləri müqabilində Leyla Babayevanı görüşdürüb.
Leyla Babayeva müştərilərlə cinsi əlaqədə olub, alınan pulu isə aralarında bölüşdürüb. Bir sözlə, Əskinaz Kərimova yaşadığı ünvanda fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil edib.

Cinsi əlaqədə olmağa görə 20 manat

Əskinaz Kərimova gəlir əldə etmək məqsədi ilə qızı Cəmilə Şəfiyeva ilə birləşib Gülcahan Əliyevanı da (ad və soyad şərti verilib) fahişəliyə cəlb ediblər. Onlar Gülcahan Əliyevadan görüşdüyü hər müştəriyə görə 20 manat tələb edib. Ana və qızı Gülcahan Əliyeva üçün müştəri tapıb, onları evlərində görüşdürüblər.
Əskinaz Kərimova hər müştəridən 50 manat alıb, 20 manatı Gülcahana verib, 30 manat özünə götürüb.

Əskinaz Kərimovanın həmin ünvanda əxlaqsızlıq yuvası saxlaması barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə məlumat daxil olub.
Polislər həmin gecə qeyd olunan ünvanda əməliyyat keçiriblər. Basqın zamanı Gülcahan Əliyeva kişilərlə əlaqədə olarkən yaxalanıb.

Ana və qızın ittiham olunduğu maddələr

Əskinaz Kərimova Cinayət Məcəlləsinin 243.1-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, şantajla, əmlakı məhv etməklə və ya zədələməklə, yaxud aldatmaqla, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə), 244.2.1-ci (təkrar əxlaqsızlıq yuvaları saxlama) və 244.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən əxlaqsızlıq yuvası saxlama) maddələri ilə ittiham edilib.
Dəstənin digər üzvü Cəmilə Şəfiyeva isə Cinayət Məcəlləsinin 243.1-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, şantajla, əmlakı məhv etməklə və ya zədələməklə, yaxud aldatmaqla, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham edilib.

Yevlax rayon Məhkəməsinin hökmü ilə Əskinaz Kərimova 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxs isə şərti cəza alıb.
Hökmdən təqsirləndirilən Əskinaz Kərimova narazı qalıb və apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, cəzasının həbs olmayan cəza ilə əvəz edilməsini xahiş edib.

Şəki Apelyasiya Məhkəməsində Əskinaz Kərimovanın işinə baxılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edilib.
Qərara görə, Əskinaz Kərimovanın apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 4 ilə endirilib.

mənbə: teleqraf.com

Xəbərlər     Baxılıb: 2468   Tarix: 04 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?

Marketlərdən paketlənmiş toyuq əti alarkən çoxumuzun diqqət etmədiyi kiçik bir detal, əslində sağlamlığımız üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Qida təhlükəsizliyi mütəxəssisləri qablaşdırmanın dibində yığılan çəhray

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

Bu şorbanı içən qan-tərə batır: Şəfa mənbəyi

Beyran sadəcə bir şorba deyil, hazırlanması 12 saat çəkən və bədən müqavimətini polad kimi möhkəmləndirən sulu ana yeməkdir.  xəbər verir ki, beyranın içildiyi an bədən istiliyini artırmasının elmi səbəbləri var:. İçindək

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

turlar.az

maskalar toy makiyajlari geyim dəbləri qlazok yumurta varikozun mualicesi vetene aid bayatilar nişanlılıq kosmetika gunay novruz bayramina aid kahfe kali mekteb tanisliq