Yığmamımızın ağırlıqqaldıranı: "Azərbaycanlı ilə sevgili olmaram, mümkün deyil" (VİDEO)
"Azərbaycan millisində çıxışımı davam etdirirəm. Qarşıda bizi İslam Həmrəyliyi Oyunları və Avropa çempionatı gözləyir. Bu yarışlara hazırlaşıram".
Bunu apasport.az saytına yığmamızın ağırlıqqaldıranı Boyanka Kostova deyib.
Qadın ağırlıqqaldıranlardan ibarət Azərbaycan millisi Bakıda hazırlığı davam etdirir. Lakin baş məşqçi Natalya Prişepa və Təranə Abbasovanın rəhbərliyi altında davam edən təlim-məşq toplantısında yığmamızın lideri olan Kostova yoxdu.
Buna aydınlıq gətirən dünya çempionumuz bildirib ki, hazırda Bolqarıstandadı və burada məşqlərinə ara vermir. O, yığmamızın qatılacağı turnirlərdə iştirak edəcəyini də vurğulayıb: "Əsas hədəf bu il keçiriləcək Avropa çempionatıdı. Qarşıdakı sınaqlara hələ çox vaxt qaldığından yığma ilə deyil, fərdi məşq keçirəm. Millinin düşərgəsinə gələn ay qoşulacam".
Kostova Rio Olimpiadasından sonra yığmamızın sabiq ağırlıqqaldıranı İvan Stoitsovla toy etməyə hazırlaşırdı. Hətta onun bu toydan sonra karyerasını bitirməsi də gözlənilirdi. Lakin cütlük münasibətlərinə qəfil son qoydu.
Təkcə uğurları ilə deyil, gözəlliyi ilə də çoxlarının rəğbətini qazanan 23 yaşlı Boyanka bu haqda ətraflı məlumat vermək istəməyib: "Bu, şəxsi məsələdi. Ayrılığımızın təşəbbüskarının da hansımız olduğunu açıqlamaq istəmirəm. Bu ikimizə aid olan məsələdi".
Cütlük ayrıldıqdan az sonra yeni rəfiqəsi ilə şəkillərini sosial şəbəkələrdə paylaşsa da, Kostova hələ də özünə yeni sevgili tapmayıb: "Hazırda ürəyimdə heç kim yoxdu. Hazırkı durumda heç bir sevgili istəmirəm. Yalnız karyeramı düşünürəm. Gələcək sevgilimin şərəfini qoruduğum Azərbaycandan olması mümkün deyil. Yəni azərbaycanlı ilə sevgili olmaram. Buna hansısa səbəb də yoxdu".
f Paylaş








Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri