Yoluxucu xəstəliklərdən qorunmaq üçün zəruri tövsiyələr

Yoluxucu xəstəliklərdən qorunmaq üçün zəruri tövsiyələrXəstəliyin törətdiyi virusun heyvan mənşəli məhsullar vasitəsi ilə yayılma ehtimalını nəzərə alaraq, vətəndaşların qida məhsulları ilə davranışı, bişirmə (56 °C və ya daha yuxarı temperaturda bişirmək, yaxud termik emaldan keçirmək)  və saxlanma zamanı qida təhlükəsizliyi tələblərinə ciddi şəkildə əməl etmələri vacibdir.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yoluxucu xəstəliklərlərdən qorunmaqla bağlı açıqladığı zəruri tövsiyələrdə bildirilir.
Qidalanma zamanı nələrə diqqət etmək lazımdır?
Orqanizmin sağlam fəaliyyəti və xəstəliklərə qarşı müqavimətini artırmaq  üçün immunitetin güclü olması çox vacibdir. İmmunitetin güclü olması üçün müxtəlif vitamin və mikroelementlərə ehtiyac var.  Bura A, C, D, E və B qrup vitaminləri (B2, B6, B12), fol turşusu, dəmir və sink daxildir. A vitamini: treska balığı, yumurta, sarı və narıncı meyvə - tərəvəzlərdə, brokoli, ispanaq, tünd yaşıl və lifli tərəvəzlərdə, C vitamini: sitrus meyvələrdə, yaşıl və qırmızı bibər, qara qarağat, kivi, çiyələk, brokoli, cəfəri, ananas, brüssel kələmi, gül kələm, manqo, noxud və pomidorda, D vitamini: tuna və qızıl balıq kimi yağlı balıqlarda, mal qaraciyəri, pendir, yumurta sarısı, bəzi göbələklərdə, E vitamini: bitki yağları (günəbaxan, zəfəran, qarğıdalı və soya yağlarında), badam, fıstıq, günəbaxan toxumları, ispanaq və brokoli kimi yaşıl yarpaqlı tərəvəzlərdə, B qrup vitaminlərindən B6 vitamini: tuna balığı, qızıl balıq, banan, paxlalılar, mal əti, gərzəkli meyvələr, quş əti, taxıl və noxudda, B12 vitamini: qaraciyər, az yağlı süd, toyuğun döş əti, yumurta, mal əti, tuna balığı, qızıl balıq, ala balıqda mövcuddur.
Sadalanan bu qida məhsullarının qəbulu ilə yanaşı, gündəlik qidalanma və həyat tərzi vərdişlərində immun sistemini zəiflədən bir sıra amillərdən qaçınmaqla da orqanizmimizi təhlükələrdən qoruya bilərik. Həmin amillər: xroniki xəstəliklər, yuxusuzluq, şəkərdən həddindən artıq istifadə, xroniki stress, balanslaşdırılmamış qidalanma, iltihabi xəstəliklər, az hərəkətli həyat tərzi, artıq çəki, siqaret, spirtli içki faktorlarıdır.
Qida yolu ilə yoluxan xəstəliklərin qarşısını necə almalı?
İstehlak etdiyimiz qida ilə davranma, bişirmə və saxlanma zamanı qida təhlükəsizliyi tələblərinə əməl olunması çox vacibdir. Xəstəliyə səbəb ola biləcək zərərli bakteriyaları biz görə bilmirik. Unutmaq olmaz ki, istənilən qida məhsulu özü ilə mikroorqanizmləri daşıya bilir. Qidaları hazırlayarkən, bişirərkən xüsusilə çiy əti hazırlayarkən əllər, istifadə olunan qablar və qida hazırlanan səthlər tez-tez yuyulmalıdr. Meyvə və tərəvəzlər xüsusi həssaslıqla təmizlənməlidir. Qidalar lazımi temperaturda bişirilməli  və saxlanmalıdır. Bişirildikdən sonra isə otaq şəraitində saxlanmamalı,  dərhal soyudulmalıdır. Çarpaz çirklənməyə yol verilməməlidir. Məsələn, ət və göyərti yanaşı qoyulmamalıdır. Mətbəx mütəmadi olaraq təmizlənməli və  dezinfeksiya edilməlidir.
Alış-veriş zamanı nələrə diqqət etməli?
1. Qida məhsullarının alış-verişi zamanı qida təhlükəsizliyi tələblərinə əməl olunması üçün əvvəlcə tez xarab olmayan məhsulları seçmək və onları yerləşdirdikdən sonra soyudulmuş və ya dondurulmuş qida məhsullarını almaq lazımdır.
2. Qablaşdırılması pozulmuş  ət və ya quş əti məhsullarını seçmək tövsiyə olunmur.
3. İstifadə müddəti bitmiş qida məhsullarını almaq və ya istehlak etmək yolverilməzdir.
Qida məhsullarını necə saxlamalı?
Tez xarab olan qida məhsulları 2 saat ərzində, temperatur 32 ºC-dən yuxarı olduqda isə 1 saat ərzində soyudulmalıdır. Soyuducu 4.4 ºC-də və ya daha aşağı, dondurucu isə -17.7 ºC-də və ya daha aşağı temperaturda olmalıdır.
Təzə quş əti, balıq, çəkilmiş ət 2 gün ərzində bişirilməli və ya dondurmalı, dana, quzu əti isə 3-5 gün ərzində bişirilməli və ya dondurmalıdır. Tez xarab olan qida məhsullarının, məsələn, ət və quş ətinin keyfiyyətinı qorumaq, həm də onların şirələrinin digər qida məhsullarına keçməməsi üçün onlar etibarlı şəkildə qablaşdırılmalıdır.
Konservləşdirilmiş qidalar donma temperaturuna və ya yüksək temperaturlara məruz qalmamalıdır. Bükülmüş, paslanmış və ya şişmiş konserv qabları dərhal atılmalıdır.
AQTA  yoluxucu xəstəliklərdən qorunmaq və onların yayılmasının qarşısını almaq üçün vətəndaşları  qida təhlükəsizliyi tələblərinə ciddi şəkildə əməl etməyə, eyni zamanda  bu cür xəstəliklərlə bağlı yalnız rəsmi orqanların məlumatlarına etibar etməyə  çağırır.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, son zamanlar Çin Xalq Respublikasının ərazisində meydana gələn  COVID-19 virusu dünyanın bir sıra ölkələrinə yayılmaqdadır. İlk yoluxan insanlara xəstəliyin birbaşa heyvan mənşəli qidalardan  keçdiyi müəyyən olunub.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2155   Tarix: 07 mart 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

kosmetoloq qadin sayti kosmetik vasiteler 2026 qadın ayaqqabı modelləri yay donları 2026 fitnes klubu xorionik qonadotropin kosmetika oyunlar şebnem tovuzlu toyuq salati veten haqqinda bayatilar tərəzi