Yüksək hərarət insanı öldürə bilər?
Adətən bədən hərarəti orqanizmə virus və ya bakteriya düşməsinə cavab olaraq qalxır. Lakin hərarət həmçinin qünvurma, istivurma, zəhərlənmə, allergiya, onkoloji xəstəlik zamanı da qalxa bilər.
Hərarətin qalxması normal fizioloji prosesdir. Bu orqanizmin müdafiə mexanizmidir. Hərarət qalxdıqda orqanizmdə qan dövranı və mübadilə prosesləri sürətlənir ki, bunun nəticəsində immun sistemi daha fəal şəkildə işləməyə başlayır.
Digər tərəfdən hərarətin yüksəlməsi bakteriya və viruslar üçün əlverişli olmayan şərait yaradır - onların yayılması sürəti azalır, onlar daha tez məhv olurlar. Bu səbəbdən həkimlər hərarəti yalnız 38,5 C qədər qalxdıqda salmağı tövsiyə edirlər. Bundan aşağı olan hərarəti salmaq hətta ziyanlı sayılır ki, bu immun sisteminin normal fəaliyyətini pozur, immuniteti zəiflədir.
Hərarətin yüksək rəqəmlərə qalxması (40-41,5) orqanizm üçün çox təhlükəlidir. Bu ürək-damar və sinir sistemində çox ciddi pozulmalara (beyin ödeminə və s. qədər) səbəb ola bilər.
Hərarət 42 C və bundan yuxarı yüksəldikdə orqanizmdə zülalların denaturasiya (qatılaşma) prosesi başlayır ki, nəticədə insan ölür.
Saglamolun.Az
f Paylaş








Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri