Yüksək təzyiqdən əziyyət çəkənlər hər gün BU TƏRƏVƏZİ yesin
Yüksək təzyiq müxtəlif orqan və sistemləri siradan çıxardır, insanın həyatını qısaldır. Bu səbəbdən təzyiqi daim normada saxlamaq çox vacibdir.
Bu işdə tək dərmanlar deyil, rejim, fiziki aktivlik və qidalanma da kömək edir.
Təzyiqi salmağa yardım edən ən tanınmış məhsul adi çuğundurdur.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, çuğundur təbii nitratlarla zəngindir. Bu maddələr orqanizmdə azot oksidinin ifrazını artırır. Azot oksidi damarları genişləndirir və bununla da təzyiqi salmağa yardım edir.
Mütəxəssislər yüksək təzyiqdən əziyyət çəkənlərə hər gün bişmiş çuğundur yeməyi və ya çuğundurdan hazırlanmış smuzi içməyi tövsiyə edirlər.
Təzyiqi salmaqdan əlavə çuğundur orqanizmi bir çox vacib maddələrlə də təmin edir. Tərəvəzin tərkibində B1, B2, B3, B9 (fol turşusu) kimi vitaminlər, kalium, fosfor, marqan, dəmir, mis, selen, sink kimi minerallar, orqanizmdə A vitamininə çevrilən beta-karotin var.
Həmçinin çuğundur liflərlə zəngindir. Liflər bağırsaqların daha asan boşalmasını təmin edir, qəbizliyin qarşısını alır.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI