Yüksək təzyiqdən əziyyət çəkənlərə HİL kömək edəcək - Bu qaydada qəbul edin!
Hilin faydaları saymaqla bitmir. Bu möcüzəvi ədviyyat orqanizmə mikrob, virus və iltihab əleyhinə təsir edir, həzm proseslərini yaxşılaşdırır, arıqlamağa kömək edir, orqanizmi cavanlaşdırır və s.
Lakin hilin ən böyük faydası onun ürək-damar sisteminə olan inanılmaz müsbət təsiridir.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, araşdırmaların nəticələrinə görə, hil yüksək təzyiqi aşağı salmağa çox yaxşı kömək edir.
Elmi araşdırma zamanı hipertoniyadan əziyyət çəkən bir qrup xəstə hər gün hil qəbul edirdi. Eksperiment göstərib ki, bu xəstələrin təzyiqi tədricən normallaşırdı və 3 aydan sonra 140/90 c.st aşağı, bəzilərində hətta norma daxilində (120/80 c.st.) idi.
Mütəxəssislər yüksək təzyiqdən əziyyət çəkənlərə hər gün hil qəbul etməyi tövsiyə edirlər. Hili çaya və ya südə, yeməklərə əlavə etmək olar.
Həmçinin hili çeynəmək də olar. Bu həm təzyiqi salmağa yardım edəcək, həm də ağız boşluğuna antiseptik təsir göstərəcək və nəfəsi təravətləndirəcək.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir