Yüksək təzyiqdən əziyyət çəkənlərin ƏN TƏHLÜKƏLİ SƏHVLƏRİ. Məşhur kardioloq izah edir

Yüksək təzyiqdən əziyyət çəkənlərin ƏN TƏHLÜKƏLİ SƏHVLƏRİ. Məşhur kardioloq izah edirTanınmış rusiyalı həkim-kardioloq, "O samom qlavnom" televiziya verilişinin aparıcısı Aleksandr  Myasnikov hipertoniyadan əziyyət çəkən insanların ən təhlükəli səhvləri açıqlayıb.
Həkim qeyd edir ki, bu səhvlər hipertoniklərin həyatını xeyli qısaldır.
Saglamolun.az bildirir ki, 2018-ci ildə ABŞ və Avropada normal arterial təzyiqin normaları dəyişdirilib. Bundan sonra yaşdan asılı olmayaraq böyüklərdə normal arterial təzyiq 119/79 mm c.st. qədər sayılacaq.
120/80 - hipertoniya önü
130/80 - 1-ci dərəcəli hipertoniya
140/90 və daha çox - 2-ci dərəcəli hipertoniya
Normalar nə üçün dəyişdirilib? Həkimlərin müşahidələrinə görə, arterial təzyiqin hətta yüngül qalxması insanlarda infarkt, insult və ani ölümün riskini artırır.
Myasnikovun sözlərinə görə, 1-ci dərəcəli hipertoniya zamanı insan artıq diqqətli olmalı və bəzi tədbirlər görməlidir ki, xəstəlik ağırlaşmasın. Bunun üçün qidalanmada duzun miqdarını azaltmaq, artıq çəki varsa arıqlamaq, pis vərdişlərdən imtina etmək, fiziki aktivliyini artırmaq lazımdır. Bir çox hallarda məhz bu sadə qaydalar təzyiqi normada saxlamağa yardım edir.
2-ci dərəcəli hipertoniya zamanı yuxarıda sadaladığımız qaydalara (duzun və çəkinin azalması, fiziki aktivlik) əməl etməklə yanaşı təzyiqi salan preparatları qəbul etmək lazımdır. Preparatları yalnız həkim lazım olan müayinə və analizlərdən sonra təyin edə bilər.
Myasnikov qeyd edir ki, Rusiyada (elə bizdə də) bir çox xəstələr təzyiq dərmanlarını özbaşına içir, həkimlə deyil, təzyiqi olan qonşu, qohumla "məsləhətləşirlər" ("dərman qonşuya kömək edib, mənə də edəcək"). Bu ciddi səhvdir. Təzyiq dərmanlarının sayı çoxdur və bir insana kömək edən dərman digərinə kömək etməyə bilər. Bəzən hətta həkimlər xəstə üçün dərman seçdikdə əziyyət çəkir, uzun müddət ərzində uyğun preparat tapa bilmirlər.  
Digər səhv təzyiq normallaşanda dərmanlardan özbaşına imtina etməkdir. Myasnikovun sözlərinə görə bu çox təhlükəlidir. Təzyiq preparatlarının məhz müntəzəm (!) qəbulu effekt verir. Xəstə preparatı vaxtı-vaxtında qəbul etmirsə, fasilələr verirsə, bu çox təhlükəlidir, infarkt və insultun riskini artırır.
Digər səhv həkimə gec-gec getməkdir. Təəssüf ki, hipertoniya əksər hallarda xroniki xarakter alır və bu səbəbdən xəstə daim həkim nəzarətində olmalıdır. Rusiyada (Azərbaycanda da) insanlar həkim yanına getməyi xoşlamır və nəticədə xəstəlik normal kontrol olunmur, ağırlaşır, risklər artır.
Növbəti səhv təzyiqin kəskin artması zamanı onu kəskin salmaqdır. Bu çox təhlükəlidir və ani ölümün riskini artırır. Hətta insult zamanı təzyiqi 15-20%-dan çox salmaq olmaz.  
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1133   Tarix: 13 fevral 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

geymler 2026 geyim seçimi toy makiyajlari evim interyer heyvanlar qara qaragat doğuşdan sonra kosmetika sevda sekis xlor lekesi hakistalar qadin saglamlig