Yüksək təzyiqi salmaq üçün 4 SADƏ QAYDA

Yüksək təzyiqi salmaq üçün 4 SADƏ QAYDAHipertoniya insan sağlamlığına çox ciddi ziyan vurur, ağır xəstəliklərin və pozulmaların (böyrək və göz xəstəlikləri, insult, infarkt) riskini xeyli artırır, həyatı qısaldır.

Təəssüf ki, hipertoniya əksər hallarda simptomsuz, gizli inkişaf edir. Məhz bu səbəbdən onu "gizli qatil" adlandırırlar. Bunu nəzərə alaraq mütəxəssislər təzyiqi müntəzəm olaraq ölçməyi tövsiyə edir.

Müasir kardioloqlar belə hesab edir ki, istənilən yaşda olan sağlam insanda təzyiq 12/80 c.st-dan yuxarı qalxmamalıdır. Əgər təzyiq tez-tez bu rəqəmlərdən yuxarı qalxırsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

Mütəxəssislər qeyd edir ki, bəzi çox sadə qaydalar təzyiqi normada saxlamağa yardım edə bilər. Saglamolun.az xarici KİV-lərə istinadla sizi bu qaydalarla tanış edir:

1. Duzun qəbulunu azaldın!

Gün ərzində 5 qr-dan (1 ç.q.) artıq duz qəbul etmək olmaz. Duz orqanizmdə mayeni saxlayır ki, bu da təzyiqin qalxmasına səbəb olur.

Mütəxəssislər hisə verilmiş, duzlu, konservləşdirilmiş məhsullardan, kolbasa-sosis, fast-fud qidalardan imtina etməyi tövsiyə edirlər.

2. Fiziki aktivlik mütləqdir!

Fiziki aktivlik bədən çəkisini və arterial təzyiqi normada saxlamağa yardım edir.

Lakin burada nəzərə almaq lazımdır ki, həddindən artıq fiziki yükləmələr əksinə təzyiqin artmasına səbəb olur. Bunu nəzərə alaraq mütəxəssislər üzgüşülük, piyada gəzmək, gimnastika kimi fiziki aktivliyi tövsiyə edirlər.

3. Artıq çəkidən azad olun!

Artıq çəki hipertoniyanın əsas səbəblərindən biridir. Artıq çəki ürək və damarları yükləyir ki, bu da onların sağlamlığına çox mənfi təsir edir, təzyiqin artmasına səbəb olur.

4. Siqaret çəkməyin!

Siqaret çəkən insanda damarlar sıxılır ki, bu da təzyiqin artmasına səbəb olur.

Təzyiqi normada saxlamaq istəyirsinizsə, siqaretdən imtina etməlisiniz. Əks halda heç bir müalicə və dərmanlar kömək etməyəcək.

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 2532   Tarix: 11 iyun 2019
f Paylaş

Oxşar xəbərlər

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

turlar.az

qaşların formalari makiyaj etmek qaydalari reseptler soz haqqinda atalar sozu ureyin isemik xestelikleri çimərlik dəbi goyemin faydasi kosmetika atalar sözləri kley lekesi haqisda rus dili vusale elizade