Yumurtalıqların xərçəngi

Yumurtalıqların xərçəngiYumurtalıqların xərçəngi bədxassəli şiş olub qadın yumurtalığının hüceyrələrindən inkişaf edir. Əlbəttə ki, yumurtalıq şişlərinin heç də hamısı bədxassəli olmur.
Onların bir çoxu xoşxassəli də ola bilir. Metastaz (orqan və toxumalara yayılma) verməyən xoşxassəli bu şişlər cərrahi üsulla xaric olunmaqla müvəffəqiyyətlə müalicə olunurlar.Yumurtalıqların xərçənginin dəqiq yaranma səbəbləri indiyə qədər də məlum deyil. həkimlər bu xəstəliyin əmələ gəlməsində bir sıra təhlükə (risk) faktorlarının rolunu qeyd edirlər:

- yaş faktoru (yumurtalıqların xərçəngi əksər hallarda qadınlarda aybaşı tsikli qurtardıqdan - 55 yaşından sonra baş verir);
- mayalanmaya kömək edə biləcək dərmanların uzun bir müddət ərzində nəticəsiz olaraq tətbiq edilməsi;
- sonsuzluq (hətta yuxarıda göstərilən dərmanlardan istifadə edilmədikdə belə);
- irsi faktor (yumurtalıqların xərçəngi olan yaxın qohumların olması);
- keçmişdə süd vəzi xərçənginin keçirilməsi;
- menopauzadan sonra uzun müddət (10 il və daha çox) ərzində əvəzedici müalicə məqsədi ilə estrogenlərin dərman şəklində qəbul edilməsi.
Yumurtalıq xərçənginin gedişi prosesində əsas narahatedici faktor, ilkin dövrlərdə onun praktik olaraq əlamətsiz keçməsidir! Məhz buna görə də onun ilkin dövrlərdə aşkar edilməsi çox nadir hallarda baş verir. Xəstəliyin ilkin dövrlərdə aşkar edilməsi, istənilən onkoloji xəstəliyin ilkin dövrlərdə aşkar edilməsi kimi, uğurlu müalicə aparılması ehtimalını xeyli dərəcədə artırır! Bu xəstəliyin ilkin dövrlərdə diaqnostikası üçün, mütəmadi olaraq ginekoloq tərəfindən aparılan profilaktik müayinələrin əvəzedilməz böyük rolu vardır!
Bundan başqa, qadınlar öz orqanizmlərinə çox diqqətlə yanaşmağı öyrənməli və öz bədənlərində hər hansı bir şübhəli əlamətlər yarandığı hallarda (məsələn, qarının ölçüsünün artması, tezləşmiş sidik ifrazı, qəbizlik, uşaqlıq yolundan qan qarışıqlı ifrazatın olması, çanaq nahiyəsində hər hansı bir təzyiq hissiyyatının olması, beldə və ya qarında ağrıların olması, dölyaratma qabiliyyəti olan qadınlarda qeyri-mütəmadi aybaşının olması və s.) təcili olaraq həkimə müraciət etməlidirlər. Əlbəttə ki, sadalanan bütün bu əlamətlər heç də qadında məhz yumurtalığın xərçənginin olmasına dəlalət (subut) etmir və nəticə etibarı ilə hər hansı bir digər, daha az təhlükəli hesab edilən xəstəliyin əlamətləri də ola bilər. Ancaq bu halda qadının hər ehtimala qarşı, həkimə müraciət etməklə, özünü daha ağır xəstəliklərin olmasından sığortalaması daha vacib hesab edilir.
Yumurtalığın xərçənginin qadınlarda, əsasən menopauzadan sonrakı (aybaşı tsiklinin tam kəsilməsi) dövr üçün xarakterik olması barədə biz məlumat vermişdik. Əfsuslar olsun ki, bir çox qadınlar bu dövrdə təhlükədən uzaq olduqlarını düşünərək, profilaktik məqsədlə vaxtaşırı olaraq həkim-ginekoloq tərəfindən müayinədən keçmələrini vacib hesab etmirlər. Bu isə tam səhv fikir olub çox təhlükəlidir! Yumurtalığın xərçəngi və həmçinin digər təhlükəli xəstəliklər məhz bu yaşda olan qadınlar üçün xarakterikdir. Beləliklə, yalnız xərçəng xəstəliyi deyi, cinsi sistemin digər xəstəliklərinin vaxtında diaqnostikası üçün qadınlar bütün həyatları boyu (!!) mütəmadi olaraq ginekoloqun müayinəsindən keçməlidirlər.
Adi ginekoloji müayinə zamanı qadında xərçəng xəstəliyinə şübhə yarandığı halda həkim onu ilk növbədə ultrasəs müayinəsinə (USM) göndərir. USM zamanı şiş aşkar olduğu halda, onun xoşxassəli və ya bədxassəli (xərçəng) olmasını müəyyən etmək məqsədi ilə şiş toxumasından götürülən materialın (biopsiya) laborator müayinəsi aparılır. Bundan daha dəqiq müayinə üsulu isə hələ ki, mövcud deyil. Şiş toxumasından nümunənin götürülməsi (biopsiya) isə ya uşaqlıqdan daxil olmaqla, ya da laparoskopik yolla qarın divarını deşməklə alına bilər.
Yumurtalığın xərçənginə şübhə olan qadınlarda, digər orqanlara metastazların olmasını istisna etmək üçün, əlavə olaraq mədə-bağırsaq sisteminin kontrast rentgen müayinəsi, həmçinin süd vəzilərinin lazımi müayinələri də aparılır. Bəzi tələb olunan hallarda isə həkim tərəfindən qarın boşluğunun kompüter və ya nüvə-maqnit-rezonans tomoqrafiyası müayinəsi də təyin edilə bilər. Yumurtalığın xərçənginin əsas müalicəsi onun cərrahi yolla xaric edilməsidir. Proses qonşu orqanlara da keçmiş olduğu halda, əməliyyat zamanı bəzən həkimlər hər iki yumurtalığı, uşaqlıq borularını da xaric etməli olurlar. Yumurtalıqların xərçəngi zamanı, həmçinin şiş əleyhinə xüsusi kimyəvi dərman preparatlarından istifadə edilməklə, kimyəvi terapiya və şüa terapiyası da tətbiq edilə bilər.
Yumurtalığın xərçəngi – çox təhlükəli xəstəlikdir. Onun müalicəsi nə qədər tez başlanmış olarsa, o qədər də effektli olar!

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 2501   Tarix: 30 mart 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

turlar.az

qadin dunyasi kosmetika mehsullari hamilelikde qidalanma qadın haqqinda 2026 yaz geyimleri yaz geyimleri 2026 geyimi kosmetika xocali bayatılarımızda vətən həsrəti nagillar faydalı bilgilər sevda