"Yüngül baş ağrısı belə koronavirusun əlaməti ola bilər" - Azərbaycanlı infeksionist

"Yüngül baş ağrısı belə koronavirusun əlaməti ola bilər" - Azərbaycanlı infeksionistHər kəsdə bir axrayınlıq hissi var. Hamı elə düşünür ki, koronavirusa yoluxmayacaq. Səbəbini bilmirəm, öz təcrübələrimə əsaslanaraq deyirəm ki, hətta xəstəliyi keçirən şəxslər arasında bir həftə yüksək temperaturu, infeksiyanın müəyyən əlamətləri olmasına baxmayaraq, həkimə vaxtında müraicət etməyən xəstələr olur. Maraqlıdır ki, həkimə müraciət etdikdən sonra da bizi inandırmağa çalışır ki, bu, koronavirus deyil.
Milli.Az xəbər verir ki, bu sözləri həkim-infeksionist Nəzrin Mustafayeva deyib.
Ekspert qeyd edib ki, hər birimiz potensial xəstə ola bilərik: "Xəstələr bəhanə gətirir ki, xəstəliyi hər il eyni əlamətlərlə keçirirlər və ya soyuq su içdiyi üçün xəstələniblər. Yoluxmaların sayının artması buradan da irəli gəlir. Mövsüm dəyişməsi, havaların soyuması, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi risk faktorlarıdır. İnsanlar maskalardan istifadə edir, bunu artıq vərdiş halına gətirmişik. Problem ondadır ki, maskalardan düzgün istifadə olunmur, maskanı ya sadəcə ağız hissəsində saxlayırlar, ya da çənəyə salırlar. Maska həm ağız, həm də burun nahiyəsini tam örtməlidir ki, qoruyuculuğu olsun. Ən azından bununla başqalarını qorumuş olarıq".
Həkim qeyd edib ki, yeni növ koronavirus infeksiyasının əsas simptomları öskürək, hərarət, təngənəfəslik, iybilmə və dadbilmə duyğusunun itməsi olsa da, hər kəsdə bütün bu əlamətlər müşahidə olunmur: "İlk günlərdə adi halsızlıq, yüngül baş ağrısı belə koronavirusun xəbərçisi ola bilər. İnsanlar bunu ciddi qəbul etmədiyi üçün başqalarını da yoluxdurmuş olur. Yalnız ağırlaşma baş verdikdə həkimə müraciət olunur. Odur ki, belə hallar müşahidə olunarsa, dərhal özünüzü izolyasiya etməli, maska taxmalı və həkim müayinəsindən keçməlisiniz.
Arxayınlaşmayaq, dostlar. Kimdən yoluxdum, harda yoluxdum deyib vaxt itirməməliyik, ən əhəmiyyətsiz halsızlıq belə xəstəlik əlaməti ola bilər. Xəstəlik çox amansızdır, ilk günlər hərarət, öskürək verməyə bilər, amma biz arxayınlaşıb əzizlərimizi, yaşlılarımızı xəstələndirə bilərik. Hər birimiz potensial xəstə ola bilərik, bunu unutmayaq!" /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1938   Tarix: 27 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

turlar.az

kosmetoloq yay kolleksiyasi qadin sayti bilik haqqinda atalar sozleri xiyarın faydaları 2026 qis modasi i̇mtahana hazırlıq kosmetika bayati sağlamlığa aid atalar sözləri novruz bayramına aid hakıştalar namiq qaraçuxurlu klitor