Yuxu dərmanı istifadə edənlərin NƏZƏRİNƏ

Yuxu dərmanı istifadə edənlərin NƏZƏRİNƏSon illərdə yuxu dərmanlarının istifadəsi artıb, amma bu dərmanların sağlamlıq üzərindəki mənfi təsirləri barədə narahatlıqlar da gündəmdədir. Yuxusuzluq problemi ilə üzləşən bir çox insan bu dərmanlara müraciət edərək rahatlıq tapmağa çalışır. Lakin, mütəxəssislər uzunmüddətli istifadənin ciddi ziyanlara yol açdığına diqqət çəkirlər.
Milli.Az xəbər verir ki, yuxu dərmanlarının ən çox istifadə edilən növləri bədənin təbii yuxu ritmini pozaraq insana süni şəkildə yuxu gətirən məhsullardır. Bu dərmanlar xüsusən də benzodiazepinlər və hipnotiklər, bəzən lazımlı olsalar da, istifadəçiləri asılılığa sala və zamanla orqanizmə ziyan verə bilər.
ABŞ-də böyüklərin üçdə biri və yeniyetmələrin 80 faizi yuxu çatışmazlığından əziyyət çəkir. Problemdən çıxış yolu kimi əksəriyyət yuxu həblərindən istifadə edir.
Bəs bu dərmanların orqanizmə mənfi təsirləri varmı?
Siçanlar üzərində aparılan araşdırma zamanı məlum olub ki, həb qəbul edən gəmiricilər daha tez və daha dərin yuxuya gedirlər. Lakin onların beyinlərinin təmizləmə prosesinin zəiflədiyi müəyyənləşib. Tədqiqat göstərib ki, yuxu həblərinin qısamüddətli istifadəsi məqbul sayılsa da, uzunmüddətli təsirləri, beyin fəaliyyətini kütləşdirir. Yuxunun insan sağlamlığı üçün əhəmiyyəti danılmazdır. O immunitet sistemindən tutmuş yaddaş və öyrənmə funksiyalarına qədər müxtəlif proseslərdə mühüm rol oynayır. Mütəxəssislər bildirirlər ki, yuxu hələ də tam anlaşılmamış, çoxşaxəli bir prosesdir. Onun xatirələri gücləndirmək, beyni təmizləmək, hormon balansını qorumaq və hətta sümüklərin böyüməsi kimi müxtəlif funksiyaları yerinə yetirdiyi düşünülür. 
Son olaraq yuxu dərmanlarının istifadəsi mütləq həkim nəzarətində olmalı, özbaşına istifadə edildikdə isə ciddi sağlamlıq riskləri daşıyır. Yuxusuzluqla mübarizədə doğru yanaşmalar və həkim tövsiyələri çox önəmlidir.
Asya
Milli.Az 

Xəbərlər     Baxılıb: 1402   Tarix: 10 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

həkim məsləhəti yemek reseptleri hamiləlik doğumu necə keçirtdim əqrəb bürcü sulu yeməklər tutma reseptleri kosmetika sağlıq zehmet ve zinet babasil haxisda big.az